Get Mystery Box with random crypto!

Bu şəhərin ümidi Xoşbəxtliyindən çoxdu, Hamının ümidi var, Ham | 𝓤𝓵𝓴𝓫𝓵𝓸𝓰 🫶

Bu şəhərin ümidi
Xoşbəxtliyindən çoxdu,
Hamının ümidi var,
Hamı xoşbəxt deyil ki.
Sən hər şeyi asan bil,
Bu şəhərin gedəni qayıtmaq üçün yox,
Unutmamaq üçün bəhanələr axtarır,
Bir az da buna görə sevirəm bu şəhəri,
Sevgisi çox bayağı, nifrəti çox saxtadır!
Bu şəhərin qoxusu
Bir azca neft qoxuyur,
Bir az neftçi parfümü,
Bu şəhərin payızı
Bir az insan itkisi, bir az yarpaq tökümü..
Bu şəhərin ümidi
Xoşbəxtliyindən çoxdu,
Hamının ümidi var,
Hamı xoşbəxt deyil ki .M


𝓑𝓵𝓪𝓬𝓴.𝓂𝓊𝔃