Get Mystery Box with random crypto!

Kanada'da təmiz hava satışı 39 yaşlı Lam və 32 yaşlı Paquet | Kaizen.az

Kanada'da təmiz hava satışı

39 yaşlı Lam və 32 yaşlı Paquette, Banff hava qutularını dünya miqyasında satan Vitality Air şirkətinin ortaqlarıdır. Moses Lam və Troy Paquette, dünyanın ən gözəl və təmiz yerlərindən biri olan Kanadada yerləşən Banff National Park-ın havasını kiçik şüşələrə salıb, hər birini 20 dollara sataraq bir il ərzində 230.000 dollar qazandılar.

Hazırladıqları sistemlə havanı bir dəzgah vasitəsi ilə alovlandırıb, daha sonra boş çənlərə, sonda isə kiçik şüşələrə qoyurlar. Və bu havanı "Bir şüşədə, əldə edə biləcəyiniz ən təmiz hava" kimi marketinq strategiyası adı altında insanlara satırlar. Hər birini 20 dollara satdıqları təmiz hava alıcıları hər il dayanmadan artır.

Əslində bu işə zarafat kimi başladılar lakin daha sonra fikir real bir marketing hekayəsinə çevrildi. Sahibkarlar sadəcə əyləncəli bir şey etmək istədiklərini və şüşələrdəki sudan ilhamlanaraq şüşələri hava ilə doldurmağa çalışdıqlarını qeyd edirlər. Lam və Paquette ilk dəfə bağlı qaba qoyduqları havanı eBay’da 99 cent’ə satdıqdan sonra bunu biznes fikrini çevirməyə qərar vermişlər. Həmçinin onlar 2015-ci ildə Vitality Air üçün təxminən 1 milyon dollar məbləğində sərmayə qoydular. Bir müddət sonra isə bu ideya onlara milyonları qazandırdı. Hətta Çindən Hindistana, Meksikadan ABŞ-a insanlar təmiz hava ilə doldurulmuş Vitality Air bidonlarını almağa gəlirlər.

Düşünə bilərsiniz ki, borular tibbi məqsədlər üçün oksigen balonu kimi istifadə edilir. Lakin, xeyr. İnsanlar bu boruları sadəcə təmiz hava almaq istədikləri üçün alırlar. Onu da qeyd edək ki, Kanadada kifayət qədər diqqət çəkməyən şirkət rəsmiləri, istehsal etdikləri məhsulun hava çirklənməsi problemilə ilə üzləşən Çində daha çox insanın diqqətini cəlb etidyini bildirirlər.

Bəs siz təmiz hava qəbul etmək üçün pul ödəyərsiniz mi?