Get Mystery Box with random crypto!

Sizə şad xəbərimiz var VTP'21(Yay) Təcrübə proqramına müraciət | Kaizen.az

Sizə şad xəbərimiz var VTP'21(Yay) Təcrübə proqramına müraciət may ayının 20-sinə kimi uzadıldı.

"Virtual Təcrübə Proqramı (VTP'21 Yay) "- a müraciət başlanmışdır.

"Özgün Yapı Sanayi ve Ticaret A.Ş."-nin Azərbaycan Respublikasındakı Filialı 2021-ci il üçün böyük marağa səbəb olan "VTP'21 Yaz" təcrübə proqramından sonra tamamilə yenilənmiş və daha əhatəli "VTP'21 Yay" adlı virtual təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsətdən yararlanmağın tam zamanıdır.

Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● İnformasiya Texnologiyaları (Front/Back)
● İnsan Resursları
● Mühasibatlıq
● Satınalma/Logistika

Təcrübəçilərə tələblər:
- Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Daim öyrənmək həvəsi;
- İş təcrübəsi olmayan namizədlər müraciət etsin;
- Şəhid və Qazi ailəsinin üzvlərinə üstünlük veriləcəkdir.

Proqramın müddəti: 8 – 12 həftə.
Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək.
Müraciət üçün son tarix: 20.05.2021

Ətraflı məlumat və qeydiyyat üçün: https://ozgun.recruit.az