Get Mystery Box with random crypto!

Dünən gecə Suriyanın Laziqiyyə şəhərində yerləşən ticarət lima | Şərqə Baxış

Dünən gecə Suriyanın Laziqiyyə şəhərində yerləşən ticarət limanında İrana məxsus gəmidən endirildiyi iddia olunan konteynerlərə havadan zərbələr endirilib. Suriya tərəfi aviazərbələrdə İsraili günahlandırır. İsrail baş nazirinin də hücumdan bir neçə saat sonra rəsmi bir görüşdə “şər qüvvələrə qarşı mübarizəmiz gecə-gündüz, 1 saniyə belə dayanmadan davam edəcək” sözlərini işlətməsi dünənki hücumun Tel-Əviv tərəfindən həyata keçirildiyinə işarə edir.

Son aviazərbələrlə bağlı bir sıra maraqlı məqamlar var. Belə ki, aviazərbələr endirilən nöqtə Rusiyanın Suriyada yerləşən strateji hərbi bazalarına çox yaxındır. Hmeymimdəki rus hərbi hava bazası Laziqiyyə limanından 20 km, Tartusdakı rus hərbi donanma bazası isə 50 km məsafədədir. Belə bir vəziyyətdə, hava hücumlarının Rusiyanın məlumatı olmadan edilməsi real görünmür.

10 ildən çoxdur Suriyanın müxtəlif bölgələrinə ümumilikdə yüzlərlə aviazərbə endirən İsrail Laziqiyyə əyalətinə cəmi iki dəfə hücum etmişdi. 2018-ci ildə baş vermiş son hücumda Rusiya müdafiə naziri İsrailin 4 F16 qırıcısının əraziyə aviazərbələr endirdiyini və hücumdan cəmi 1 dəqiqə əvvəl məlumatlandırıldıqlarını bildirmişdi. Həmin hücumdan sonra İsrail və Rusiya münasibətləri soyuqlaşmağa başlamışdı.

Bu səbəbdən bugünkü Bayden-Putin görüşü ərəfəsində İsrail tərəfinin suyu bulandırması və Moskvanı təhrikedici bir əməliyyat keçirməsi inandırıcı deyil. Eyni zamanda, post-Netanyahu dövründə Rusiya-İsrail münasibətlərinin daha həssas balansda olduğunu, Tel-Əvivdəki yeni hökumətin Suriyaya aviazərbələrlə bağlı Rusiya nəzdində etimadını gücləndirmək istədiyi məlumdur.

Hücumla bağlı daha bir önəmli məqam aviazərbələrin Suriya xarici işlər nazirinin İranda səfərdə olduğu bir vaxtda gerçəkləşməsidir.

@serqebaxis