Get Mystery Box with random crypto!

İsrailin “Channel13” mediasının iddiasına görə, ABŞ nüvə müzak | Şərqə Baxış

İsrailin “Channel13” mediasının iddiasına görə, ABŞ nüvə müzakirələrinin hansı istiqamətdə getdiyini dəqiqləşdirmək üçün İrana son dəfə 1 həftə vaxt verib. Eyni zamanda, bu müddət ərzində İranın nüvə obyektlərinin bombalanması ilə bağlı ABŞ Ordusunun İsraillə birgə təlimlər keçirəcəyi iddia olunur.

Qurulduğu gündən bəri xarici siyasətdə aqressiv addımlar atmaqdan çəkinməyən İsrailin də hərəkətlərini əvvəlcədən müəyyənləşdirmək çətindir. Ancaq, nə olursa olsun, İsrailin İrana zərbələr məsələsində Vaşinqtonsuz hərəkətə keçməyəcəyini təxmin edirəm. Bununla belə, ABŞ-ın belə bir ssenariyə tam hazır olduğunu və ya Yaxın Şərqdə işləri yenidən mürəkkəbləşdirməkdə həvəsli olduğunu düşünmürəm.

Bayden hökumətinin İran məsələsinə Trampdan fərqli yanaşdığı və bir müddətdir İsraili müxtəlif bəhanələrlə yola verdiyi məlumdur. Fikrimcə, Bayden hökuməti də İsrailin təxmin edilə bilməyən aqressivliyini İranı diplomatik masaya gətirmək üçün təzyiq kimi istifadə etməyə çalışır. Lakin, nüvə danışıqları uğursuz olduqdan sonra İsraili yola vermək üçün yeni ritorika, yeni istiqamət yaratmaq Bayden komandasına çox çətin olacaq.

@serqebaxis