Get Mystery Box with random crypto!

Dekabrın əvvəllərində baş tutan Fransa prezidenti Makronun Kör | Şərqə Baxış

Dekabrın əvvəllərində baş tutan Fransa prezidenti Makronun Körfəz turunda ən çox önə çıxan məqamlarından biri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 80 Rafale (F-4 versiyası) qırıcısı və digər fransız mənşəli hərbi təchizatların satılmasını nəzərdə tutan 19 milyard $-lıq nəhəng sazişin imzalanması oldu.

Körfəzdəki sazişin ötən aylarda Avstraliya hökumətinin Fransa ilə imzaladığı sualtı qayıqlar alınmasını nəzərdə tutan 50 milyard $-lıq razılaşmanı ləğv edərək, ABŞ və Britaniya ikilisi ilə yeni razılaşma əldə etməsindən sonra reallaşması maraq doğurur.

BƏƏ bir müddətdir Birləşmiş Ştatlardan 50 ədəd beşinci nəsil F35 qırıcısı və 18 ədəd müasir PUA almaq istəyir. Lakin, Co Bayden Administrasiyası və Konqresdəki demokratlar cəbhəsi Əbu-Dabinin Çinlə yaxınlaşmasını əsas göstərərək 23 milyard $-lıq bu layihənin təsdiqlənməsini yubadırdı. Belə bir anda Fransanın araya girməsi və BƏƏ-yə qırıcılar satması, Fransanın ABŞ, Britaniya və Avstraliya arasında yeni qurulmuş AUKUS Anqlo-Sakson paktına Körfəzdən cavab verməyə çalışdığı mənzərəsini yaradır. (Makronun son Körfəz turu ilə bağlı geniş yazım tezliklə Topçubaşov Mərkəzində yayımlanacaq.)

Fransa ilə sazişdən sonra Əmirliklərin müdafiə naziri Rafalenin F35-ə rəqib olmadığını və amerikan qırıcılarına hələ də maraq duyduqlarını açıqladı. Aydındır ki, Fransa ilə saziş BƏƏ tərəfindən F35 satışının təsdiqlənməsi üçün Vaşinqtona mesaj və təzyiq kimi də oxuna bilər. Təsadüfi deyil ki, Fransa ilə sazişdən 10 gün sonra BƏƏ rəsmisi ABŞ rəsmilərinə məktub yazaraq, Vaşinqtonu F35 layihəsindən geri çəkilə biləcəkləri ilə təhdid edib. Məktub barədə biraz öncə WSJ-də xəbər yayımlanıb. Xəbərdə, Vaşinqton rəhbərliyinin BƏƏ-yə satılacaq son model hərbi texnologiyaların Çin tərəfindən cəsusluqla ələ keçirilə biləcəyindən ehtiyatlandığı və bu barədə narahatlığın Körfəz ölkəsinə çatdırıldığı qeyd olunur.

Uzun müddətdir Fransa ilə əlaqələrini gücləndirən Əbu Dabinin ABŞ-a rəğmən Çinlə də münasibətlərini ciddi şəkildə inkişaf etdirməsi həqiqətən də maraqlıdır. Yəqin ki, zəngin Körfəz ölkəsi ABŞ-ın Yaxın Şərqə diqqətinin azaldığı dövrə hazırlıq görür. Başqa bir maraqlı məqam, Əmirliklərin Efiopiyada da Çinlə eyni cəbhəni, ABŞ dəstəkli qüvvələrlə mübarizə aparan hökumət güclərini dəstəkləməsidir.

@serqebaxis