Get Mystery Box with random crypto!

ABŞ-ın Yaxın Şərq üzrə ən təcrübəli diplomatlarından olan və A | Şərqə Baxış

ABŞ-ın Yaxın Şərq üzrə ən təcrübəli diplomatlarından olan və ABŞ prezidentinin Suriya münaqişəsi üzrə sabiq xüsusi nümayəndəsi James Jeffrey (Foreign Affairs) son yazısında Suriya münaqişəsi ilə bağlı maraqlı bir məqama toxunur.

Jeffrey deyir ki, Tramp hökuməti 2019-cu ilin əvvəllərində Rusiyaya təzyiq göstərərək Suriyada razılıq əldə etmək istəyirdi. Vaşinqton Suriyaya qarşı sanksiyaları sonlandırmaq və Bəşər Əsədi yenidən beynəlxalq siyasəti qaytarmaq qarşılığında Moskvadan İranın strateji raketlərini Suriyadan çıxarılması, müxaliflər, qaçqınlar və BMT-nin siyasi prosesə cəlb olunmasını istəyibmiş. Təklif rusları razı saldığı üçün Putinin dəvətilə ABŞ dövlət katibi Pompeo Soçiyə yollanıb.

Lakin, Putin prosesin yekununda saziş imzalamaqdan imtina edib. Jeffrey iddia edir ki, həmin vaxt Putin Suriyada bütün prosesi öz nəzarətinə sala biləcəyi tam hərbi qələbə qazanacağına inanırdı.

Eyni zamanda, Putin Trampın amerikan hərbçilərini Suriyadan geri çəkmək istədiyini düşünürmüş və yəqin ki, Moskva amerikanların əllərində sazişlə və uduşlu şəkildə geri çəkilmələrini istəmirmiş.

Və ən önəmlisi. Jeffrey iddia edir ki, Moskva anti-Əsəd cəbhəni - Türkiyə, İsrail və ABŞ dəstəkli Suriya kürdlərini (SDF) parçalamağa və hər biri ilə ayrıca yaxın əməkdaşlıq edərək onların Əsədə qarşı münasibətlərini yumşaltmağa çalışırdı. Həqiqətən də rusların bu strategiyası son illərdə çox aydın hiss olunurdu. Rusiya həm kürd nümayəndələrini Moskvada qəbul edir, həm Türkiyənin kürd qruplara qarşı əməliyyat keçirməsinə imkan yaradır, həm də İsrailin İran karqo və obyektlərini bombalamasına göz yumur.

Bütün bunlara baxmayaraq, Jeffrey iddia edir ki, Putin gözlədiyi nəticəni əldə etməyib. Türkiyə və ABŞ dəstəkli qruplar neft yataqları və əkinə yararlı ərazilərin böyük əksəriyyətinin yerləşdiyi ölkənin 30% ərazisini əlində saxlayır.

@serqebaxis