Get Mystery Box with random crypto!

Rusiya XİN-in ABŞ-la mümkün konfrontasiya və nüvə müharibəsind | Şərqə Baxış

Rusiya XİN-in ABŞ-la mümkün konfrontasiya və nüvə müharibəsindən yayınmaq üçün dünən yayımladığı 8 maddəlik təklifdən yəqin ki, bir çoxumuz məlumatlıyıq.

Bəziləri bu təklifi I Dünya Müharibə öncəsində Avstriya-Macarıstanın Serbiyaya verdiyi 23 iyul ultimatumuna, bəziləri isə II Dünya Müharibəsi öncəsində SSRİ və Almaniya arasında 23 avqustda imzalanmış Molotov–Ribbentrop Paktına bənzədir. Fikrimcə, hər iki bənzətmədə müəyyən qədər reallıq var. Çünki dünən yayımlanan təklif həm müharibədən yayınmaq ultimatumuna bənzəyir, həm də nüfuz dairələrinin bölüşdürülməsi paktını nəzərdə tutur.

Xüsusilə, 4-cü maddə nüfuz dairələrinə işarə edir. Həmin maddəyə əsas ABŞ NATO-nun şərq sərhədləri boyunca genişləməsinin qarşısını almalı, post-Sovet ölkələrinin təşkilata üzvlüyünə imkan verməməlidir. Digər tərəfdən, ABŞ NATO-ya üzv olmayan post-Sovet ölkələrinin hərbi infrasturukturlardan istifadə etməməli, ikili hərbi paktlar imzalamamalıdır.

Təklifin bəzi maddələri ayrı-ayrılıqda fərqli bir razılaşmanın predmeti ola bilərdilər. Belə görünür ki, ruslar Ukrayna böhranından istifadə edərək birdəfəlik paket həll əldə etmək istəyirlər.

Təbii ki, bu sənəd Rusiyanın maksimalist tələbləridir. Amerikanların bu təklifi qəbul etməkləri real görünmür. Və ya sadəcə Ukrayna qarşılığında Vaşinqtonun bu qədər geniş miqyaslı güzəştlərə getməsi inandırıcı deyil.

Bu səbəbdən, Moskvanın qəbul edilməyəcəyi aşkar olan şərtlər irəli sürməsini Ukrayna ilə müharibədən öncə son ultimatum kimi şərh edənlər də mövcuddur.

İstənilən halda, son təklif həqiqətən də 70-80-ci illərin Soyuq Müharibəsini xatırladır. Deyəsən Rusiya rəhbərliyi həmin dövrə qayıtdığımızı, köhnə qitədə yenidən ikiqütblü dünyanın formalaşdığını sübut etməyə çalışır.

@serqebaxis