Get Mystery Box with random crypto!

Efiopiya münaqişəsində meydandakı reallıqlar tamamilə dəyişib. | Şərqə Baxış

Efiopiya münaqişəsində meydandakı reallıqlar tamamilə dəyişib. Hökumət qüvvələrinin dekabrın əvvəllərindən davam edən əks hücumundan sonra Tiqray gücləri Amhara və Afar regionlarını tərk edərək Tiqray federal bölgəsinə geri çəkiliblər.

Əslində münaqişənin ən çox ciddi dönüş nöqtəsi Tiqrayların öz bölgələrini tərk etməsi idi. Çünki, münaqişənin kökündə Tiqrayların öz federal bölgələrinin haqları uğrunda mübarizə aparmaqları dururdu. Yəni bir mənada problem regional hökumət-mərkəzi hökumət münaqişəsi kimi görünürdü. Tiqraylar müharibədə üstünlük qazandıqca tələblər Tiqray bölgəsinin müstəqilliyinə, yəni separatizmə çevrilmişdi.

Ancaq, yay aylarında Tiqray federal bölgəsində hökumət qüvvələrini darmadağın edən Tiqray Ordusu (TDF) Amhara bölgəsinə daxil olaraq A2 yolu ilə cənuba doğru irəliləməyə başladılar. A2 yolu da Efiopiyanın paytaxtı Əddis Əbəbəyə uzanır. Yəni, əslində Tiqrayların hədəfinin paytaxta girmək və mərkəzi hökuməti ələ keçirmək olduğu aydın idi. Paytaxt uğrunda mübarizədə qərbdəki Oromo müxalif qüvvələri (OLA) ilə ittifaq quran Tiqraylar noyabr ayı boyunca sürətlə paytaxta doğru irəliləyirdi.

Daha əvvəldən lokal xarakterdə olan münaqişənin bir anda beynəlmiləlləşməsi, regiona xeyli sayda xarici aktor cəlb etməsi məhz mərkəzi hökumətin təhlükəyə düşməsi oldu. Yəni, münaqişə artıq separatizmdən iqtidar mübarizəsinə çevrilmişdi.

Xarici müttəfiqlərinin dəstəyi ilə hökumət qüvvələri TDF-ni ancaq paytaxtın bir neçə yüz kilometr yaxınlığında, Debre Sina şəhərində qarşılaya bilmişdi.

Tiqray cəbhəsinə yaxın beynəlxalq mənbələr, Tiqrayları dəstəkləyən ABŞ və Kenya hökumətinin TDF-ə öz federal bölgələrini tərk etməmək, irəliyə getməmək barədə xəbərdarlıq etdiklərini, lakin TDF-nin buna məhəl qoymadığını bildirirlər. Bunun nə dərəcədə həqiqət olduğunu demək çətindir, çünki məğlub cəbhədə tərəflərin günahı biri-birinin üstünə atması normal haldır. Ancaq, ABŞ-ın regiondakı bütün maraqlarının sadəcə Tiqrayların federal haqlarının təmin olunması ilə bağlı olduğuna inanmaq çətindir.

Öz bölgələrinə çəkilən Tiqray gücləri BMT-ə müraciət edərək sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirib. Yəqin ki, Efiopiya hökuməti də meydanda əlinin gücünün bir vaxtda beynəlxalq aləmdə tam olaraq marjinallaşmamaq üçün Tiqray Federal bölgəsinə girib, münaqişəni alovlandırmaq istəməyəcək.

@serqebaxis