Get Mystery Box with random crypto!

Cədvəldə inkişaf etməkdə olan bəzi ölkələrin əhali göstəricilə | Şərqə Baxış

Cədvəldə inkişaf etməkdə olan bəzi ölkələrin əhali göstəriciləri verilib.

2050-ci və 2100-cü illər göstəriciləri BMT-nin hesablamalarına əsaslanır.

Bəzi maraqlı məqamlar:

- Əsrin sonunda Nigeriyanın əhalisi 3 dəfədən çox artaraq, 732 milyona çatacaq. Müxtəlif mənbələrə əsasən, Nigeriya dünyada ən çox əhalisi olan 3 ölkədən biri olacaq. 2100-cü ildə Nigeriyanın Laqos şəhəri 90 milyon əhali ilə dünyada ən çox insanın yaşadığı şəhərə çevriləcək.

- 2100-cü ildə Çinin əhalisi 30 % azalaraq 1 milyarda düşəcək. Hindistanın əhali sayında ciddi artım olmasa da, bu göstəricidə dünyada ilk pilləyə yüksələcək.

- Rusiya əhalisində 15 %-ə yaxın azalma gözlənilir.

- Ən kəskin azalma Ukraynada gözlənilir. Ölkə əhalisinin 2100-cü ildə yarıyadək azalacağı ehtimal olunur.

- 1950-ci ildə Pakistan (Qərbi Pakistan)
və Ukraynanın eyni sayda: 37 milyon əhalisi var idi. Proqnoza görə, 2100-cü ildə Pakistanın 400 milyon, Ukraynanın isə 24 milyon əhalisi olacaq.

- Cənubi Qafqaz ölkələrinin də əhali sayında azalma trendi müşahidə olunacaq. Əsrin sonlarına doğru Azərbaycan əhalisinin 10 % azalaraq 9 milyona düşməsi gözlənilir.

Dünya əhalisi son 70 ildə 3 dəfə artıb, növbəti 70 ildə isə 40 % artaraq 11 milyarda yaxınlaşacaq.

Mənbə: BMT

@serqebaxis