Get Mystery Box with random crypto!

Oscar Jonssonun müəllifi olduğu “Rusiyanın müharibə qavrayışı” | Şərqə Baxış

Oscar Jonssonun müəllifi olduğu “Rusiyanın müharibə qavrayışı” araşdırmasında Rusiya hərbi elitasının müasir hərbə baxışında baş verən dəyişikliklər və bu dəyişikliklərin ölkənin hərbi siyasətinin hərəkət tərzinə təsirləri yaxından təhlil olunur. Araşdırmada tanınmış zabit Mahmut Qareyev Rusiyanın müasir hərbi siyasətinin beyni kimi təqdim olunur.

Jonsson Rusiyanın hərbi siyasətində 2010-cu ildən etibarən ciddi dəyişikliklərin ortaya çıxdığını göstərir. Belə ki, 2010-cu ildən etibarən rus hərbi elitası hərbi-siyasi hədəflərə çatmaq üçüb ənənəvi anlayış olan hərbi güclə yanaşı, psixoloji, informasiya müharibəsinin vacibliyini ön plana çəkməyə başlayır. Bunun əsas səbəbi kimi Gürcüstan, Qırğızıstan, Ukrayna kimi Rusiyanın təsir dairəsində olan ölkələrdə rəngli inqilabların baş verməsi idi. Rusiya elitası Qərbin dəyərlər təbliğatına qarşı daha aktiv informasiya və psixoloji müharibə yürütmək siyasətini mənimsəyir və bu məqam 2014-cü ildə qəbul olunmuş Rusiya hərbi doktrinasında öz əksini tapır. (Hal hazırda qlobal səviyyədə bir neçə dildə Moskvanın propaqandasını aparan RussiaToday, Sputnik kimi media kanalları həmin dəyişikliklərin nəticəsidir).

2014-cü ildə qəbul edilmiş başqa bir önəmli məqam da var. Belə ki, Rusiya elitası artıq yarım əsrdir ki mənimsədiyi “nüvə silahı ilə çəkindiricilik” funksiyasının bir çox hallarda işləmədiyini başa düşərək, konvensiyonal silahlar və yüksəkdəqiqlikli uzun məsafəli qeyri-“nüvə raketləri ilə çəkindiricilik” funksiyasını da inkişaf etdirməyinin vacibliyini dərk edir. Çünki, Nüvə silahı Rusiyanın özünə qarşı ekzistensial təhdidlərə qarşı çəkindiricilik yaradır, ancaq Rusiyanın nüfuz bölgəsindəki maraqlarına qarşı təhdidlərdə çəkindiricilik yaratmır. Regional və lokal müharibələrdə nüvə silahı işlətmək mümkün deyil. Eyni zamanda nüvə silahı hərbi-siyasi hədəflərə çatmaqdan daha çox, tərəfləri qarşılıqlı məhvə aparmaq potensialındadır. Ancaq, konvensiyonal silahlar və yüksəkdəqiqlikli raketləri nüvə silahının istifadə oluna bilmədiyi bir çox müstəvidə istifadə etmək mümkündür.

@serqebaxis