Get Mystery Box with random crypto!

Rusiyanın Ukrayna ilə sərhəd boyunca aktivləşməsindən əvvəl Su | Şərqə Baxış

Rusiyanın Ukrayna ilə sərhəd boyunca aktivləşməsindən əvvəl Suriyanın İdlib vilayətində vəziyyət xeyli gərginləşmişdi. Payızın əvvəllərində rus qırıcılarının İdlib ətrafını intensiv bombalaması fonunda Rusiya dəstəkli Əsəd qüvvələrinin İdlib əməliyyatına başlaya biləcəyi ehtimalları yüksəlmişdi. Ancaq, Putin və Ərdoğan arasında 29 sentyabrda Soçidə baş tutmuş təkbətək görüşdən sonra İdlibdəki gərginlik azalmış, payızın sonlarına doğru Moskva əsas diqqətini Şərqi Avropaya yönəlmişdi.

Rusların Ukraynadan əvvəl İdlibi gündəmə gətirməsinin arxaplanında hansısa strateji məqsəd olduğunu iddia etmək çətindir. Ancaq, versiyalardan biri budur ki, Rusiya Şərqi Avropada aqressivləşməmişdən öncə İdlibdə gərginliyi artırmaqla Türkiyənin Ukraynada mümkün manevr imkanlarını məhdudlaşdırmaq istəyə bilərdi. Məlum olduğu kimi, İdlib Ankaranın yumşaq nöqtəsidir və buradakı hərbi eskalasiya Türkiyəni milyonlarla qaçqın axını ilə üz-üzə qoya bilər. Soçidəki görüşdən ötən 3 ay sonra İdlibdəki statuskvonun qorunması Türkiyənin maraqlarına uyğun nəticənin əldə olduğunu göstərir.

Belə olduqda, Rusiyanın Ukrayna macərasından əvvəl İdlibdəki blefinin Türkiyədən müəyyən öhdəlik alınmasına və Ankaranın Ukrayna cəbhəsində aktiv iştirak etməkdən çəkindirməyə hesablandığını iddia etmək olar. Eyni zamanda, Ukrayna məsələsində Türkiyə ilə fərqli masada anlaşma əldə olunması Ukrayna cəbhəsində NATO-nun “parçalanması” baxımından Rusiya üçün ciddi əhəmiyyət kəsb edə bilərdi.

Türk rəsmilərin Ukraynadakı son gərginlik boyunca neytral mövqeni qorumağa çalışması yuxarıdakı iddianı dəstəkləyir.

@serqebaxis