Get Mystery Box with random crypto!

Bu gün səhər saatlarında Əfqanıstan-Türkmənistan sərhədində si | Şərqə Baxış

Bu gün səhər saatlarında Əfqanıstan-Türkmənistan sərhədində silahlı toqquşma baş verib.

Xəbəri yerli Tolonews kanalı rəsmi mənbələrdən təsdiq edib. Qeyd olunur ki, üç gün əvvəl türkmən sərhəd qüvvələrinin açdığı atəş nəticəsində 1 əfqan mülki şəxsin öldürülməsindən sonra sərhədboyu vəziyyət xeyli gərginləşib.

Qeyri-rəsmi mənbələr, hücuma qarşılıq olaraq Taliban qüvvələrinin bu gün 4 türkmən sərhədçisini öldürdüyünü iddia edir.

Taliban payızda hakimiyyətə gəldikdən sonra 3 qonşusu - İran, Pakistan və Türkmənistan ilə qanla nəticələnən sərhəd problemi yaşayıb. Belə görünür ki, Mərkəzi və Cənubi Asiya regionlarında Əfqanıstanda baş verən statuskvo dəyişikliyindən sonra stabillik getdikcə silkələnir.

Bir müddətdir 800 kilometrlik problemli Əfqanıstan sərhədində möhkəmləndirmə işləri aparan Türkmənistanın sərhədboyu təhlükəsizliyi təmin etməkdə çətinlik çəkəcəyi şübhə doğurmur. Rusiyanın dominantlığındakı KTMT hərbi təşkilatına üzv olmayan Mərkəzi Asiya ölkəsinin cənub sərhədlərini qorumaq üçün Rusiya ilə əməkdaşlıq edəcəyi, bu istiqamətdə rus sərhədçilərinin regiona yerləşdirilə biləcəyi barədə versiyalar səsləndirilir. Rus rəsmiləri də belə bir variantda maraqlı olduqlarını bildiriblər. Bəllidir ki, ənənəvi olaraq Rusiya ətraf regionlarda təhlükəsizlik problemlərinin yaratdığı boşluqları “genişləmə” fürsəti kimi görür.

@serqebaxis