Get Mystery Box with random crypto!

Həm Rusiyanın, həm Çinin qonşusu və müttəfiqi olan və həm də T | Şərqə Baxış

Həm Rusiyanın, həm Çinin qonşusu və müttəfiqi olan və həm də Türk dünyasının parçası olan Qazaxıstan bir neçə geosiyasi fay xəttinin üstündə yerləşir deyə oradakı daxili proseslərə çox fərqli istiqamətlərdən şərh vermək mümkündür. Əlimizdə hələ ki, yetərli indikator olmadığı üçün məsələnin geosiyasi aspekti ilə bağlı hansısa mülahizə yürütməyə tələsmək fikrimcə, doğru olmazdı.

Burada məsələnin başqa bir aspektinə diqqət çəkmək istəyirəm. Həqiqətən də hazırda qlobal böhran dövründə yaşayırıq. Məlum pandemiyanın nəticələrinin üsyan və müharibələrə səbəb olacağı ilə bağlı proqnozlar bir neçə müddətdir ki, səsləndirilirdi.

Ümumiyyətlə tarixdə böhranlar hər zaman üsyanlar doğurub. Yaxın tarixdəki 2008 Dünya Maliyyə Böhranı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi üsyanlara səbəb olmuşdu. ABŞ-dakı “Occupy Wall Street” hərəkatı buna örnək göstərilə bilər. Ancaq, 2008 Böhranının mənfi təsirlərinin ən spesifik örnəyi “Ərəb Baharı” prosesləri idi. Nəzərə almaq lazımdır ki, inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi vəziyyət və idarəetmə çox “kövrək” olduğu və daxili proseslər xarici müdaxiləyə daha açıq olduğu üçün buradakı üsyanlar daha şiddətli və qanlı keçir. Təəssüf ki, çoxşaxəli geosiyasi konfiqurasiyalarda yer alan Qazaxıstandakı prosesin də çox ağrılı keçəcəyi gözlənilir.

Bugünkü pandemiyada da demək olar ki, bütün regionlarda iqtisadi göstəricilər getdikcə pisləşir. İdarəçi elitlər iqtisadiyyatdakı problemləri alt təbəqələrə yaymaq hesabına kompensasiya etməyə çalışır, təbii ki, bu da həmin təbəqələrdə dalğalanmalar yaradır.

Bu dalğalanmaların “domino effekti” yaradacağını və siyasi proseslərin fərqli regionlara yayılacağını təxmin edirəm. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə ciddi proseslər gözlənilir.

Dünya həqiqətən də qaynayır. Vəziyyət 2008-ci ildəkindən də pis görünür.

@serqebaxis