Get Mystery Box with random crypto!

Avropa İttifaqının (Aİ) baş diplomatı Jozef Borrell deyib ki, | Şərqə Baxış

Avropa İttifaqının (Aİ) baş diplomatı Jozef Borrell deyib ki, Avropa Ukrayna böhranı ilə bağlı danışıqlardan kənarda saxlana bilməz. Borrell artıq Yalta dövrü (İkinci Dünya Müharibəsi zamanı geosiyasi statuskvonun müəyyən olunması üçün ABŞ, SSRİ və Britaniya arasında Yaltada keçirilən konfrans) olmadığını, böhranın təkcə Rusiya və ABŞ arasında həll olunmamalı olduğunu bildirib.

Borrellin bu sözləri birmənalı qarşılanmayıb. Bir çoxları Aİ rəsmisini Trans-Atlantik cəbhəni bölməkdə günahlandırıb. Belə şərhlər var ki, Aİ və ABŞ arasındakı fikir ayrılığı diplomatik masada Baydenin Putinə qarşı əlini zəiflədə, Moskvaya əlavə manevr imkanları yarada bilər.

Təbii ki, avropalıların öz təhlükəsizlikləri bağlı prosesdə qıraqda qalmaq istəməməkləri anlaşılandır. Qapılar qapılar arxasında iki fərqli güc arasında alış-veriş obyekti olmaq istəmirlər. Eyni zamanda, öz diqqətini Çinə yönəldən ABŞ-ın Rusiyaya Avropada güzəştə gedə biləcəyi barədə iddialar da mövcuddur. İstənilən halda, Vaşinqtonun öz maraqları və buna uyğun prioritetləri var.

Ancaq, reallıqda Avropa İttifaqının təhlükəsizliklə bağlı hansısa ciddi rıçaqlarının olduğunu demək çətindir. Ona görə də təhlükəsizlik məsələlərində avropalılar nə qədər də narazı olsalar da, hələ də Vaşinqtonun ağzına baxmağa məcburdular.

Bununla belə, Ukrayna böhranının Köhnə Qitədə ABŞ-dan strateji muxtariyyət qazanmaq istəyən pan-avropaçı kəsimləri gücləndirəcəyi açıqdır.

@serqebaxis