Get Mystery Box with random crypto!

Çin XİN Rusiya XİN ilə telefon danışığında KTMT-nin Qazaxıstan | Şərqə Baxış

Çin XİN Rusiya XİN ilə telefon danışığında KTMT-nin Qazaxıstana qoşun yeritməsini dəstəklədiklərini bildirib. Çinli diplomat deyib ki, Çin və Rusiya xarici güclərin Mərkəzi Asiya ölkələrinin daxili işlərinə müdaxilə etməsinə, rəngli inqilablara və üç şər qüvvəyə (dini ekstremizm, qanlı terrorizm və ərazi seperatizmi) qarşı çıxmalıdır. (Reuters)

Maraqlıdır ki, KTMT-nin Qazaxıstandakı hadisələrə müdaxiləsinin dəqiqləşdiyi 6 yanvarda proseslə bağlı ilk dəfə reaksiya verən Çin tərəfi baş verənləri Qazaxıstanın “daxili məsələsi” adlandırmışdı. 2 gün sonra Çin prezidenti Si Tsinpin Tokayevə dəstək məktubu göndərərək, Qazaxıstanda baş verənləri “rəngli inqilab” adlandırıb, xarici qüvvələri günahlandırmışdı.

Çinin son açıqlamasında Rusiyanı tam olaraq dəstəkləməsinin səbəbləri barədə müəyyən şərhlər var. Ancaq, Çinin son açıqlamasının KTMT qüvvələrinin bir neçə günə Qazaxıstanı tərk edəcəyi ilə bağlı xəbərdən sonra edilməsi ilə bağlı şərh daha çox diqqət çəkir.

Görünür hadisələrin gedişatı Pekini qane edir. Hər halda nəhəng iqtisadi və nəqliyyat layihələrinin olduğu Qazaxıstanda qısa müddətdə stabilliyin əldə olunması Çinin maraqları çərçivəsindədir. Eyni zamanda, fikrimcə, Vaşinqtonun Çinə qarşı Moskva ilə yaxınlaşmaq fürsəti axtardığı bir vaxtda Pekin də Rusiya ilə əlaqələrinə diqqətlə yanaşmağa çalışır.

@serqebaxis