Get Mystery Box with random crypto!

NATO və Rusiya arasında görüş gözlənildiyi kimi nəticəsiz qalı | Şərqə Baxış

NATO və Rusiya arasında görüş gözlənildiyi kimi nəticəsiz qalıb. Yeganə razılaşdırılan məqam dialoqun davam etdirilməsi olub.

Çox ciddi böhran dövründən keçdiyimiz bu vaxtda diplomatiya çox böyük önəm kəsb edir. Ancaq, reallıq budur ki, hər iki tərəfə sərf edən və qarşılıqlı güzəştlərin olduğu razılıq eyni güclü və ya biri-birinə yaxın gücdəki aktorlar arasında mümkündür. Meydandakı güc balansında bir tərəfin üstünlüyü olduqda, üstün tərəf qarşılıqlı razılıq yox, təktərəfli güzəştlər tələb edir. Ruslar Ukraynada sərt müqavimətlə qarşılaşmayacağını düşündüyü üçün qarşılıqlı razılıq əvəzinə, NATO-dan kompromis gözləyir.

Eyni zamanda, Moskva sadəcə Ukrayna böhranını bütün digər mübahisəli məsələlərə proyeksiya edərək bir neçə istiqamətdə güzəşt əldə etmək fikrindədir. Ona görə, bu oyunu uzun və çoxtərəfli oynayır. Təbii ki, belə bir oyun ABŞ üçün qəbuledilməzdir. Vaşinqton hərbi cəhətdən əlinin Moskvadan daha zəif olduğu bir regionda bu qədər strateji və çoxtərəfli razılığa getmək istəməz. Bundan başqa, ABŞ-ın özünün fundamental maraqları zərər görmədikcə, Rusiyanın tələb etdiyi fundamental güzəştləri verməyi real deyil. Fikrimcə, Rusiyanın istədiyi güzəştlər ən yaxşı halda Ukrayna barədə verilə bilər.

Bütün bunlar, prosesin hər iki üzünün - həm müharibə, həm razılığın Ukraynanın başında çatlaya biləcəyini göstərir.

@serqebaxis