Get Mystery Box with random crypto!

Amerikan CSIS beyin mərkəzindən Seth Jones Rusiyanın Ukraynanı | Şərqə Baxış

Amerikan CSIS beyin mərkəzindən Seth Jones Rusiyanın Ukraynanı işğal etmək ssenarilərini dəyərləndirib.

Müəllif ssenarilərində Ukraynanın əvvəlcə Dnepr çayının sağ sahilində qalan ərazilərinin, daha sonra bütün Ukraynanın işğal ehtimalını təhlil edib.

Mənim ən çox diqqətimi çəkən üçüncü ssenari oldu - Ukraynanın cənub ərazilərinin işğalı. Ruslar burada bir neçə strateji məqsədə nail ola bilər:

- Ukraynanın Qara dənizə çıxışını bağlamaq, bununla da ölkənin iqtisadi gücünə ağır zərbə vurmaq və psixoloji üstünlük əldə etmək.

- Krımla quru əlaqə yaratmaq və yarımadanın su böhranını həll etmək

- Moldovada rus qoşunlarının yerləşdirildiyi Dnestryanı ilə əlaqə yaratmaq. Beləliklə də, son dövrlərdə qərbyönümlü siyasi qüvvələrin gücləndiyi Moldovanı da təhdid etmək, NATO üzvü Rumıniya ilə sərhəd əldə etmək.

Nədənsə, rusların bütün ölkəni işğal etmək yerinə, Ukraynan məhdud amma çox ağır cəzalandırmaq variantına üstünlük verəcəyinə daha çox inanıram. Ukraynanı bütünlüklə işğal etmək həm hərbi-lojistik, həm də müharibənin beynəlmilləlləşməsi cəhətdən təhdidlər yaradır.

Lakin, müəllif deyir ki, cənub xətti üzrə işğal hərbi-lojistik baxımından ən çətinidir. Çünki, sahillər boyunca dəmiryolları şaxələnməyib və rus ordusunun lojistik qüvvələri dəmiyollarından uzaq olan quru əməliyyatları üçün tərtib edilməyib. Belə olduqda, işğalın 2-ci fazasında Odessanın ələ keçirilməsinə dəstək üçün sudan və havadan desant əməliyyatı alternativ kimi ortaya çıxa bilər.

@serqebaxis