Get Mystery Box with random crypto!

Əvvəlcədən gözlənildiyi kimi, Azərbaycan-Ermənistan normallaşm | Şərqə Baxış

Əvvəlcədən gözlənildiyi kimi, Azərbaycan-Ermənistan normallaşma prosesi çox sancılı davam edir. Artıq danışıqların bir çox məsələlərdə dalana dirəndiyi də bəllidir.

Ordumuzun uğurlu “Qisas” əməliyyatından sonra Paşinyan bu gün son dövrlərin ən kəskin çıxışını etdi. Dağlıq Qarabağ, Laçın dəhlizi, təmas xəttinin mövcudluğundan, Naxçıvana “maneəsiz” gediş yolunun gömrük-yoxlama məntəqəsi olmadan çəkilə bilməyəcəyindən, sülhməramlılara beynəlxalq mandat verilməsindən danışdı. Bu gedişat gərginliyin sürətlə artacağını, çox ciddi eskalasiyanın baş verə biləcəyini göstərir.

Təbii ki, “sülhməramlı”ların olduğu bölgədəki hərbi toqquşmaları Rusiyanın sükunətlə izləməsi maraqlıdır. Cənubi Qafqazda ənənəvi olaraq “bir addım geri atıb, iki addım irəli getmək” strategiyası yürüdən Rusiyanın son gərginlikdən hansı gözləntilərinin olduğu narahatlıq doğurur. Sabah Putin Soçidə Ərdoğanı qəbul edəcək. Çox əhəmiyyətli görüşdən bir gün əvvəl hər iki prezident təhlükəsizlik və hərbi elitalarından Qarabağdakı vəziyyətlə bağlı brifinq alıb. Sözsüz ki, sabahkı görüşün nəticələri Cənubi Qafqazdakı gedişata köklü şəkildə təsir edə bilər.

Qərbin də son gərginliklə bağlı təmkinli və balanslı açıqlamaları biraz gözlənilməz oldu. Çünki son dövrlərdə, Qərb ölkələrinin Ermənistanın tezislərinə daha isti münasibət göstərdiyi sezilirdi. Belə bir beynəlxalq siyasi vəziyyətdə ABŞ və Rusiyanın Cənubi Qafqazdakı gərginliklə bağlı bənzər mövqedən çıxış etməsi də gözlənilməz hesab oluna bilər.

@serqebaxis