Get Mystery Box with random crypto!

Londondakı səfirliyimizdə edilən tərbiyəsizlik həm planlı təxr | Şərqə Baxış

Londondakı səfirliyimizdə edilən tərbiyəsizlik həm planlı təxribat, həm də sadəcə bir qruplaşmanın səviyyəsiz əməli ola bilər. Müxtəlif versiyalar mümkündür. Ümid edək ki, reallıq araşdırmalardan sonra məlum olacaq.

Azərbaycana hücumla bağlı əmri Yasser əl-Həbib 3 avqustda twitter hesabından verib. Hücum motivi kimi Azərbaycanda bir qadının divara dini yazılar yazmasına polisin müdaxiləsi göstərilir.

Əl-Həbibin bağlı olduğu Şirazi hərəkatını İran dini-siyasi rəhbərliyi ilə birbaşa əlaqələndirmək doğru deyil, hətta Şirazi və Xameneyi arasında münasibətlərin çox pis olduğu da bəllidir. Ancaq məsələnin bu həddə gəlməsində İranın Azərbaycandakı dini amilləri siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışmasının, son dövrlərdə bu fəaliyyətlərini intensivləşdirməsinin əsas rol oynadığı da təkzibolunmaz faktdır. Bu kampaniyaya alət olan vətəndaşlarımıza da deyəcək çox söz yoxdur.

İstənilən halda ictimai aqressiyanı hansısa dinə, məzhəbə, əqidə və ya hərəkata yönləndirmək həm doğru deyil, həm də çox təhlükəlidir. Dini mübahisə və münaqişə hazırda Azərbaycanda ən son ehtiyac olan məsələdir. Dini mübahisə və münaqişə elə bir müstəvidir ki, həm sonu yoxdur, sonda dönüb dolaşıb başladığın yerə gəlirsən, həm də nəyisə düzəldəcəyini düşündüyün yerdə qarşındakını daha da gücləndirə bilərsən. Qaş düzəldən yerdə göz çıxartmaq məsələsi. Ona görə hərkəsin təmkinli olmasında fayda var. Yanlış addımlarla onsuzda son dövrlər xeyli artan dini radikalizmi daha da gücləndirmək lazım deyil. Əksinə bu, həmin radikalizmdən siyasi vasitə kimi istifadə etmək arzusunda olanların əlini gücləndirəcək. Düşünürəm ki, bu səbəbdən polis və təhlükəsizlik qüvvələri də dini məsələlərdə ölçülü davranmalıdır.

@serqebaxis