Get Mystery Box with random crypto!

Putin və Ərdoğan arasında Soçidə baş tutan görüşündən hər iki | Şərqə Baxış

Putin və Ərdoğan arasında Soçidə baş tutan görüşündən hər iki tərəf razı qalmışa bənzəyir. Bu dəfəki görüşdə tərəflərin əsas diqqəti ticarət məsələlərinə yönəlmişdi. Görüş nəticəsində, Türkiyə rus qazının ödənişlərini qismən rublla ödəməyə başlamağa razılıq verib.

Suriya məsələsində də maraqlı məqamlar var. Ərdoğan mətbuata açıqlamasında deyib ki, “Putin problemlərin həlli üçün rəsmi Dəməşqlə (Əsəd) təmasda olmağımızın daha effektiv olacağını bildirdi. Lakin Türkiyə bir müddətdir Suriya kəşfiyyatı ilə təmas qurmasına baxmayaraq, terrorizm məsələsində irəliləyiş əldə edilməyib, ona görə də Rusiya bu məsələnin həllini dəstəkləməlidir və biz bu barədə razılaşdıq”. Bu sözlər Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirməsinə Rusiyadan razılıq ola biləcəyinə işarə edir. Düşünürəm ki, Moskva Qərb tərəfindən üzləşdiyi iqtisadi sanksiyalar dövründə Türkiyədən əldə etdiyi iqtisadi üstünlüklər əvəzində Suriyada kürd milisləri ilə (SDF/YPG) birgə nəzarət etdiyi ərazilərdə güzəştə getməkdə tərəddüd etməz. Eyni zamanda, Ukraynada aktiv cəbhədə olan Rusiya Suriyanın şimalında Türkiyə ilə dolayı da olsa, yeni bir mürəkkəb cəbhənin yaranması istəməz.

Ərdoğanın Suriya əməliyyatı məsələsində israrı anlaşılandır. Hazırda beynəlxalq vəziyyət Türkiyənin həm Qərbi, həm də Rusiyanı güzəştlərə məcbur etməsi üçün əlverişlidir. Digər tərəfdən, aydındır ki, Suriyadakı uğurlu əməliyyat Türkiyədə yaxınlaşan prezident seçkilərində Ərdoğanın əlini gücləndirəcək.

Ərdoğan bu gün ölkəsində keçirilən 13-cü Səfirlər Konfransında yenidən Suriya əməliyyatının anonsunu verdi. Türkiyə prezidenti bir neçə aydır ki, Suriyada yeni bir əməliyyat keçirmək niyyətində olduqlarını dilə gətirirdi. Ərdoğan mümkün əməliyyatının zərərlərini minimuma endirmək üçün Suriyada maraqlı qüvvələrlə diplomatik təmaslarını demək olar ki, bitirib. Rusiyanın qapını yarıya kimi aralamasından sonra Türk Silahlı Qüvvələrinin tezliklə SDF (YPG) nəzarətindəki ərazilərdə əməliyyatlara başlaması ehtimalı artıq çox yüksəkdir.

@serqebaxis