Get Mystery Box with random crypto!

ABŞ Nümayəndələr Palatasınının spikeri Nansi Pelosinin Tayvana | Şərqə Baxış

ABŞ Nümayəndələr Palatasınının spikeri Nansi Pelosinin Tayvana səfərindən 12 gün sonra daha 5 konqresmenin Tayvan adasına yeni bir səfər təşkil etməsinə cavab olaraq Çin yenidən Cənubi Çin dənizində təlimlərə başlayıb.

Məlum olduğu kimi, Pekin Pelosinin səfərinə də irimiqyaslı hərbi təlimlərlə cavab vermişdi. Hərbi ekspertlər Çinin son təlimlərdə Tayvan adasını havadan və sudan bütünlüklə mühasirəyə salınması taktikasına fokuslandığını qeyd edir.

Hərbi təlimlər ənənəvi olaraq “çəkindirmə” mesajı xarakteri daşısa da, həm də müharibəyə aparan sonuncu mərhələlərdən biridir. Rusiyanın da Ukraynaya müdaxilədən öncəki periodda uzunmüddət irimiqyaslı hərbi təlimlər keçirdiyini xatırlayırıq.

Lakin Rusiyanın problemləri riskə gedərək aqressiv yollarla həll etmək ənənəsinin əksinə, Çinin təmkinli yanaşmalara üstünlük verdiyi bəllidir.

Münaqişələrdə ən önəmli məsələ vaxtın kimə işləməsidir. Fikrimcə, hazırkı gedişat, yəni statuskvo, həm Çinə, həm də Tayvana sərf edir. Statuskvonun sərf etmədiyi tərəf isə ABŞ-dır. Çünki hazırkı situasiyada Tayvan məsələsi yüksələn güc olan Çinin inkişafına və yaxın gələcəkdə supergücə çevrilməsinin önündə əngəl təşkil etmir. ABŞ isə Çinin yumşaq nöqtəsi olan Tayvan məsələsinin bu yüksəlişin önündə çox ciddi maneəyə çevrilməsini istəyir.

Bu səbəbdən xüsusilə, noyabrda keçirilməsi nəzərdə tutulan Çin Kommunist Partiyasına seçkilər ərəfəsində Vaşinqtonun Tayvan məsələsindəki təhriklərini intensivləşdirərək Pekini açıq oyuna məcbur etməyə çalışır. Bununla belə, düşünürəm ki, əgər Çinin Tayvana müdaxilə kimi bir plana varsa, Pekin bu planı ABŞ-ın təhriklərinə görə yox, özünü müdaxiləyə tam şəkildə hazır hiss etdiyi bir vaxtda reallaşdırmaq istəyəcək.

@serqebaxis