Get Mystery Box with random crypto!

Neo-realist məktəbin ən tanınmış simalarından olan Con Merşaym | Şərqə Baxış

Neo-realist məktəbin ən tanınmış simalarından olan Con Merşaymer “Foreign Affairs” jurnalına yazdığı dünənki məqaləsində, hazırda Ukrayna münaqişəsində tərəflər arasında müzakirə çərçivəsinin olmamasının katastrofik nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Merşaymer deyir ki, diplomatik həll yolunun üfüqdə görsənməməsinin səbəbi tərəflərin müharibədən öncəki hədəflərinin dəyişməsiylə əlaqədardır. Ukraynanın Qərbə yönəlməsinin qarşısını almaq üçün müharibəyə başlayan Rusiya indilərdə Ukraynanın cənub və şərq əyalətlərini ilhaq edərək, özünə birləşdirmək strategiyasını yürüdür. İlkin mərhələdə Ukraynanın Rusiya hücumuna tab gətirərək, daha əlverişli şərtlərdə danışıqlar masasına oturmasına çalışan ABŞ və müttəfiqləri isə Ukrayna ordusunun rus qoşunlarını Kiyev ətrafında dəf etməsindən sonra Rusiyanın Ukrayna tam məğlubiyyətə uğradılması strategiyasını izləyir. Ukrayna hökuməti də bənzər strategiyadadır və Rusiyanı məğlub edərək, Krım da daxil olmaqla, itirilmiş ərazilərini bərpa etmək arzusundadır.

Tərəflərin maksimalist hədəflərə oynaması müzakirələr yoluyla həllin yaxın müddətdə olmayacağını göstərir. İndiki situasiyada məsələnin yeganə həll yolu tərəflərin birinin tam məğlubiyyətə uğradılmasıdır ki, hər iki cəbhə bunun baş verməməsi əlindən gələni edəcək. Tərəflər həm tam qələbəyə çatmaq, həm də tam məğlubiyyətdən yayınmaq üçün eskalasiya etməkdən çəkinməyəcəklər. Bu da müharibənin genişlənməsinə gətirib çıxara bilər.

Merşaymer hazırkı gedişatda bir neçə ssenarinin ABŞ-ı müharibəyə birbaşa qoşulmağa məcbur edə biləcəyini iddia edir. Buradakı əsas mümkün ssenari, Ukrayna ordusunun müvaqimətinin qırılması və Rusiyanın böyük qələbəsi ehtimalı ortaya çıxmasıdır ki, bu da Birləşmiş Ştatları müharibəyə birbaşa müdaxilə etməyə sürükləyəcək. Çünki bu nöqtədən sonra ABŞ Ukraynada tam məğlubiyyətini və Rusiyanın tam qələbəsini gözə ala bilməz.

Müəllif, ABŞ-ın birbaşa müdaxiləsi və ya Ukraynada ağır məğlubiyyət ehtimalı ortaya çıxarsa, Rusiya rəhbərliyinin nüvə silahına əl ata biləcəyini qeyd edir. Çünki eynilə Rusiya da əlindəki bütün imkanlar istifadə etmədən Ukraynada tam məğlubiyyətə razı ola bilməz. Bunun da hansı proseslərə gətirib çıxaracağını təxmin etmək mümkün deyil.

@serqebaxis