Get Mystery Box with random crypto!

İran Ali lideri Əli Xamenei bugünkü çıxışında ad çəkmədən ötən | Şərqə Baxış

İran Ali lideri Əli Xamenei bugünkü çıxışında ad çəkmədən ötən həftə səsyazısı mətbuata sızdırılan xarici işlər naziri Cavad Zərifi tənqid edib. Xamenei deyib ki, həmin səsyazısındakı fikirlər düşmən ABŞ-ın sözləridi. Qeyd edək ki, həmin səsyazısında Cavad Zərif Qərblə münasibətlərin pozulmasına görə İnqilab Korpusunu, Qasım Süleymanini və Rusiyanı günahlandırırdı.

Xamenei həm də deyib ki, dünyanın heç bir yerində xarici işlər naziri dövlətin siyasətini müəyyən etmir.

Bir çoxları Xameneinin bu çıxışından sonra Zərifin istefa verəcəyini gözləyir. Artıq Zərif instagramdan paylaşım edərək, Xameneidən üzr istəyib və bütün məsələlərdə son sözün həmişə Ali liderə məxsus olduğunu deyib.

Bəzi ekspertlər Zərifin bu ilin yayında keçiriləcək prezident seçkilərində reformistlərin namizədi olacağını təxmin edirdi. ABŞ-la nüvə danışıqlarındakı uğur Zərifin şanslarını artırmışdı. Lakin, mətbuata sızdırılan səsyazısı işləri dəyişə bilər. Xameneinin çıxışından sonra isə Zərifin gələcək siyasi karyerası şübhə altında düşdü.