Get Mystery Box with random crypto!

ABŞ ictimaiyyətində getdikcə dərinləşən siyasi qütbləşmənin öl | Şərqə Baxış

ABŞ ictimaiyyətində getdikcə dərinləşən siyasi qütbləşmənin ölkənin xarici siyasətinə də kəskin şəkildə yansıması həqiqətən də xoş olmayan mənzərə yaradır.

Sanki ABŞ vahid bir dövlət kimi yox, iki fərqli partiyanın fərqli dövləti kimi hərəkət edir. Təbii ki, hökumətlərin fərqli ideoloji yanaşmaları, fərqli xarici siyasət kursları ola bilər, bu siyasətin təbiətinə uyğundur, ancaq dövlət prestiji, dövlətdə davamlılıq prinsipi kimi məsələlərə görə dövlətlər imzaladıqları beynəlxalq sazişlərə sadiq qalmağa borcludurlar.

ABŞ Administrasiyaları isə son dövrlərdə xarici siyasətlərinin bir çoxunu sırf əvvəlki iqtidarın əksinə getmək, yəni revanşist hislər üzərində qururlar. Məsələn Obama 6 ən güclü ölkəni topladı və İranla müqavilə imzaladı. İşlər danışıldığı kimi gedəndə Tramp gəldi, dedi ki, müqaviləni mən bəyənmirəm və sazişdən çıxdı. İndi də Bayden gəlib deyir ki, müqavilə əla idi, Tramp da dəli idi, gəlin qayıdaq.

Və ya Əfqanıstandan çəkilmə məsələsi. Tramp iqtidarı 1 mayda qoşunların tam çıxarılması sözünü vermişdi. Talibanla bu tarixə əsasında razılaşma əldə olunmuşdu. Bayden çıxarılmanı təsdiq etsə də, sentyabra qədər uzatdı. Yəni ki, demokratlar deyir ki, biz çıxırıq, ancaq Trampın imzaladığı vaxt bizi maraqlandırmır, bizim öz təqvimimiz var. Eləcə də, Paris anlaşması örnəyini də vermək olar.

ABŞ dünyanın mərkəzi gücü olduğu üçün bu kaprislərinə qarşı nəsə deyilə bilmir. Deyilməsi də mənasızdır. Ancaq, bunun pis tərəfi ABŞ-ın beynəlxalq arenada yavaş-yavaş etibarlılığını itirməsidir. Bundan sonra dövlətlər ABŞ-la nəsə rəsmi razılaşma edəndə həmişə ehtiyatlı olacaqlar. İstər müttəfiq dövlət olsun, istər düşmən. Məsələn düşünəcəklər ki, biz indi respublikaçılarla müqavilə imzalayırıq, amma görəsən demokratlar gələndə bunu dəyişdirməyəcəklər? Və ya əksinə. Bu məsələ həmişə şübhə yaradacaq. (xüsusilə ABŞ-a düşmən münasibətdə olan ölkələrdə)

Adətən, ABŞ haqqında belə stereotip var ki, bu ölkənin xarici siyasəti 100 illik, 50 illik müəyyən olunur və sairə. Ancaq, son dövrün kaprisli siyasətçiləri elə vəziyyət yaradıb ki, Vaşinqtonun bir çox xarici siyasəti heç 5 il də çəkmir.

@serqebaxis