Get Mystery Box with random crypto!

Ərəb dünyasının iki öndə gələn ölkəsində maraqlı bir siyasi si | Şərqə Baxış

Ərəb dünyasının iki öndə gələn ölkəsində maraqlı bir siyasi situasiya mövcuddur.

Həm BƏƏ, həm də Səudiyyə Ərəbistanında ölkənin rəsmi başçıları vəliəhd şahzadələr tərəfindən ofsayda salınıb. BƏƏ-də Məhəmməd bin Zayed (MBZ) rəsmi ölkə lideri olan qardaşı Xəlifə bin Zayedi, Səudiyyədə isə Məhəmməd bin Salman (MBS) atası kral Salmanı neytrallaşdırıb. Hər iki şəxs öz ölkəsinə de-fakto rəhbərlik edir.

İndi isə keçək əsas məsələyə. Deməli, ABŞ prezidenti Co Bayden fevralın sonlarında Səudiyyə kralı Salmana zəng etmişdi. Həmin vaxt Qaşıqçı cinayəti ilə bağlı ABŞ kəşfiyyatı da hesabat yayıb, Məhəmməd bin Salmana cinayətdə günahlandırmışdı. Mətbuat isə Baydenin niyə vəliəhd şahzadəyə yox, krala zəng etdiyi məsələsini qabardırdı. Bu barədə Ağ Evə sual veriləndə mətbuat katibi demişdi ki, "Bayden prezidentdir, onun Səudiyyədəki həmkarı kraldır, ona görə də krala zəng etməsi normaldır, MBS sırasını gözləsin, onunla da danışılacaq".

Amma Bayden dünən BƏƏ-dəki həmkarı, rəsmi lider Xəlifə bin Zayedə yox, şahzadə Məhəmməd bin Zayedə zəng edib. Biraz axtarış etdim, Xəlifə və Bayden arasında daha əvvəl danışıq olması barədə də məlumat tapa bilmədim.

Əgər, Bayden BƏƏ -yə ilk zəngində Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayedlə danışıbsa, bu, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman üçün də siyasi xəbərdarlıqdır. Bu addım bir mənada o deməkdir ki, "məsələ həmkar məsələsi deyil, sadəcə mən Məhəmməd bin Zayedin hökmünü tanıyıram, ancaq sənin yox." Aydındır ki, Bayden "Trampın adamı" kimi tanınan, Tramp dövründə "şıltaqları" ilə yadda qalan Məhəmməd bin Salmanı öz istəklərinə uyğun "cilalamaq" üçün ona qarşı sərt siyasi kurs seçib.