Get Mystery Box with random crypto!

Əfqanıstanın paytaxtı Kabulun qərbində həzaraların çoxluq olar | Şərqə Baxış

Əfqanıstanın paytaxtı Kabulun qərbində həzaraların çoxluq olaraq yaşadığı Barçi regionunda yerləşən qızlar məktəbinin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 31 nəfər həyatını itirib, 50-dən çoxu yaralanıb. Həyatını itirənlərin çoxu qız şagirdlərdir.

Sosial şəbəkələrdəki bir çox əfqan izləyicilər terrorçu hücumla bağlı Talibanı günahlandırır. Çünki, hücum həm dini azlıqların, yəni şiələrin yaşadığı məhəlləsinə, həm də qızlar məktəbinə edilib. Taliban əvvəllər dəfələrlə belə hədəflərə hücum edib.

Lakin, Taliban sözcüsü Zabihullah isə twitter hesabından açıqlama yayaraq, hücumu qınadıqlarını bildirib. Talibanın versiyasına görə, hücum Əfqan hökumətinin dəstəyi ilə İŞİD tərəfindən həyata keçirilib.