Get Mystery Box with random crypto!

Fələstin problemi ötən əsrin ikinci yarısından sonra həm ərəb | Şərqə Baxış

Fələstin problemi ötən əsrin ikinci yarısından sonra həm ərəb millətçiliyinin, həm islami hərəkatların, həm də solçu təşkilatların prioritet məsələsinə çevrilib. Bu istiqamətdə müəyyən uğurlar əldə olunsa da, demək olar ki, həm dövlətlər, həm də təşkilatlar səviyyəsində atılmış bütün addımlar hələ ki, Fələstin üçün məmnunedici bir nəticə yaratmayıb.

Ümumiyyətlə, müsəlman ölkələrində Fələstin məsələsinə olan xüsusi həssaslıq mütəmadi olaraq siyasətçilər tərəfindən sui-istifadə edilir. Əslində, siyasətçilərin özləri üçün əlverişli məqamlardan sui-istifadə etməsində qeyri-adi bir şey yoxdur. Ancaq, reallıq budur ki, nə Türkiyə, nə İran, nə də ərəb ölkələrinin istər hərbi güc aspektindən olsun, istərsə də diplomatik yollarla olsun İsraili hansısa güzəştə məcbur edəcək rıçaqları yoxdur. Müqavimət təşkilatlarına dəstək verərək İsrailə 3-5 raket atılmaqla, Fələstin məsələsinin həllinə nail olmaq mümkün deyil. Bu, sadəcə, İsrailə Fələstinə daha aqressiv müdaxilə etməyə əlavə bəhanələr verir.

Sözügedən ölkələrin siyasətçiləri tərəfindən verilən açıqlamalar əsasən özlərinin İslam aləmindəki reputasiyasına və daxili publikadakı mühafizəkar kütlələrə hesablanır.

Ona görə də, fikrimcə, Fələstin məsələsində kənar ölkələr yox, sadəcə Fələstindən çıxan daxili aktorlar vasitəsilə ciddi irəliləyiş əldə edilə bilər. Bəlkə də xarizmatik bir liderin təşkilatçılığı ilə Fələstin müqaviməti istənilən nəticəni əldə edə bilər. Təbii ki, İsrail kəşfiyyatı da Fələstindən belə bir liderin yüksəlməsinə asanlıqla göz yummayacaq. Hazırkı Fələstin siyasi elitasının bir çoxu isə milli məsələləri şəxsi manefələr üçün istifadə edən şəxslərdən ibarətdir.