Get Mystery Box with random crypto!

Həmas təşkilatının İsrailə atdığı raketlərin siyahısı. İran F | Şərqə Baxış

Həmas təşkilatının İsrailə atdığı raketlərin siyahısı.

İran Fələstində əsas dəstək olduğu "Fələstin İslami Cihadı" təşkilatı ilə yanaşı, Həmasın da əsas silah tədarükçüsüdür. İranın Qəzza zolağına bu qədər çox raketi necə ötürdüyü və Həmasın yüzlərlə raketi eyni anda ata bilmə qabiliyyətinə necə çatdığı bir çoxlarında sual doğurur. Ümumiyyətlə, İsraildəki son proseslərdə əsas uduşlu tərəf kimi İran görünür, daha dəqiq desək İran mühafizəkarları.

Kabus kimi keçən Donald Tramp dövrü dünyada İran haqqında formalaşmış "qapalı qutu" təsəvvürünü boşa çıxarmış və İranın ciddi əksikliklərinin olduğunu göstərmişdi. Bu və ya digər şəkildə İsrailin əli olan Qasım Süleymaninin öldürülməsi, Möhsün Fəxrizadə sui-qəsdi, nüvə stansiyalarına edilən ardıcıl kiberhücumlar kimi məsələlərə müvafiq dərəcədə cavab verilə bilməməsi, bu da azmış kimi səhvən sərnişin təyyarəsini vurulması İranı psixoloji müharibədə məğlub duruma salmışdı. Bu məqamlar da İranın gələcək xilasının güc yolundan yox, sadəcə Qərblə danışıqlardan keçdiyi fikrini formalaşdırmışdı. Mən də bu fikirdə idim və hələ də bu fikirdəyəm. Ancaq, yenə də İran dişini göstərdi.

Gələn ayın 18-i İranda prezident seçkiləri keçiriləcək. Bu seçkilərin nəticəsi həm də xeyli yaşlanan Ali lider Xameneinin yerinə kimin keçəcəyi suallarına da aydınlıq gətirə bilər. Reformistlər seçkilərə hazırda davam edən ABŞ-la nüvə danışıqlarında müəyyən sanksiyaların qaldırılmasına nail olmaqla girmək istəyir. İsrail-Fələstin arasındakı münaqişədə İran raketlərinin özünü göstərməsi isə Fələstin məsələsini prioritet hesab edən İran mühafizəkarları üçün ciddi psixoloji təkan olacaq və bu məsələ də mühafizəkarlar üçün “seçki yatırımı” hesab oluna bilər.