Get Mystery Box with random crypto!

Məlum hadisələrə səbəbilə bəzi kəsimlər sırf dini məqamlara gö | Şərqə Baxış

Məlum hadisələrə səbəbilə bəzi kəsimlər sırf dini məqamlara görə, bizim müharibəmiz dövründə İsrailin bizə verdiyi böyük dəstəyi sıradan bir şey kimi göstərməyə çalışır. Halbuki, müharibə dövründə hərbi karqo təyyarəmiz demək olar ki, həftədə iki dəfə İsrailə gedib gəlirdi.

“Silahdır da, pulunu verib almışıq” kimi dayaz arqumentlərlə Azərbaycan-İsrail arasındakı strateji əlaqələr sırf silah alveri səviyyəsinə endirilməyə çalışılır.

Lakin, İsrail kütləvi silah bazarı deyil. İsrail silah bazarının müştəriləri selektivdir, əsasən 10 ildən uzun müddətli əməkdaşlardır. Hindistan və Azərbaycan əsas partnyorlardır.

Azərbaycan da İsraildən təkcə avtomat, patron kimi yüngül silahlar almır ki, al gülüm-ver gülüm məsələsi olsun. Xüsusilə, yüksək texnoloji silahlar alır. Məsələn, Bakıya atılan İsgəndəri vuran Barak-8 sadəcə Azərbaycan və Hindistana satılıb. Eləcə də, Haroplar, Elbit Hermeslər də limitli sayda ölkələrə satılıb.

İsrail özünün yüksək texnologiya silahlarının kimlər tərəfindən istifadə edildiyinə fikir verir, verməlidir də. Çünki, aparatın düzgün istifadə edilməsi rəqib silahlar qarşısında nüfuzu və silahların reklamı baxımından da vacibdir.

Ona görə də, sanki, İsrailin silahlarını yel tökmüşdü, biz də gedib yığmışıq kimi qələmə vermək tamamilə yanlışdır. Eləcə də, İsrailin çoxluğu şiə olan müsəlman ölkəsinə sırf ticari səbəblərə görə silah satdığını iddia etmək tamamilə absurddur.

Eyni zamanda, İsrailin bizə qeyd-şərtsiz dəstəyini əsas gətirərək, “qoy ərəbləri qırsınlar, müsəlmanları yox etsinlər, fələstinliləri silsinlər” kimi ifadələr də işlətmək normal təfəkkür deyil, soyqırımcı təfəkkürdür. Dəstək veriləcəksə, İsrailin təhlükəsizliyi ilə bağlı verilsin və ya başqa nə olursa olsun. Eynilə bu və ya digər səbəblərə görə də yəhudilərə qarşı da açıq nifrət çağırışları eləmək normal təfəkkür deyil.

Səhifəmdə belə çağırışları görmək istəmirəm. Etnik-dini qruplara qarşı nifrət çağırışları edənləri dərhal blok edəcəyəm.