Get Mystery Box with random crypto!

Bu gün telegram kanalımıza belə bir şərh yazılmışdı: “Salam. | Şərqə Baxış

Bu gün telegram kanalımıza belə bir şərh yazılmışdı:

“Salam. Son vaxtlarda Türkiyə, Almaniya, Fransada və bu gün də Amerikada ölkənin hərbi elitası, təqaüdə çıxmış generallar hakimiyyətə qarşı xəbərdarlıqlar edir. Sizcə, burada ortaq nə var? Bunlar təsadüfdür, yoxsa başqa məqamlar da varmı?”

Həqiqətən maraqlı məsələdir. Əslində, Türkiyə, Fransa, Almaniya generallarının açıqlaması praktiki siyasətlə əlaqəli idi. Montro məsələsi, ölkənin miqrant siyasəti, covid qadağaları və s.

ABŞ generallarının bəyənatına baxdım. Çox mənasız bir açıqlama kimi gəldi. Bayden qocadır, fiziki vəziyyəti yaxşı deyil, seçkidə saxtakarlıq olub, ölkəmiz sosializmə gedir və s. məsələlər. Generallar ciddi-ciddi belə şeyə necə imza atıb anlamadım. Bəlkə də bilmədiyim məqamlar var.

Onu demək olar ki, dünya dəyişim mərhələsindədir. Sosial, siyasi cəhətdən ciddi dəyişikliklər astanasındayıq. İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem hazırkı reallıqlara uymur və dəyişmək üzrədir. Bu dövr daha çox ötən əsrin əvvəllərini xatırladır. Ümumdünya kütləvi üsyanları və pandemiya hələ ki, başlıca nəzərə çarpan fenomenlərdir.

Təqaüddə olan generalların etirazları statuskvonun dəyişməsinə qarşı sabiq elit təbəqənin etirazı kimi gəlir. Sanki, bəzi elitlər gözlənilən dəyişimdən narahatdır.