Get Mystery Box with random crypto!

İran məhkəmə başçısı İbrahim Rəisi prezidentliyə namizədliyini | Şərqə Baxış

İran məhkəmə başçısı İbrahim Rəisi prezidentliyə namizədliyini irəli sürüb.

2017-ci ildəki seçki yarışında Ruhaniyə məğlub olan Rəisinin yenidən namizəd olması bir çoxları üçün gözlənilməz olsa da, bəzi şərhçilər Ali lider Xameneinin Novruz çıxışında Rəisinin namizədliyinə eyham vurduğunu bildirir.

Həmin çıxışda Xamenei demişdi ki, İran prezidenti dindar, sadiq, müdrik, inqilabçı və cihadçı xarakterdə olmalıdır. Eləcə də, həmin şəxs korrupsiyaya qarşı çox sərt mübarizə aparmalıdır. Elə Rəisi də son illərdə özünə korrupsiya ilə ciddi mübarizə aparan şəxs imicini yaratmağa çalışırdı.

Rəisinin adı tez-tez 82 yaşlı Xameneidən sonra Ali liderliyə əsas namizəd kimi hallandırılır. Xameneinin də Rəisiyə xüsusi rəğbəti olduğu məlumdur. Ona görə də, əgər Rəisi gələn ay prezident seçilə bilsə, Ali liderliyə yolu açıla bilər. Məlum olduğu kimi, Xamenei də əvvəlki Ali lider Xomeyninin yerinə prezidentlikdən keçmişdi. Yumşaq güc keçidini təmin etmək üçün eyni təcrübənin yenidən təkrarlanması istisna deyil.