Get Mystery Box with random crypto!

Fikrimcə, mental problemləri olan bir qrup erməni yazarın qızı | Şərqə Baxış

Fikrimcə, mental problemləri olan bir qrup erməni yazarın qızışdırdığı “qədimlik” kompleksindən qurtulmaq lazımdı. “Biz daha qədimik” yarışı bizə heç bir xeyir verməyib, heç nə qazandırmayıb, əksinə, tarixçilərimiz enerjilərinin bir çoxunu bu məsələyə xərcləyir. Bəzən lap absurd söhbətlərə də gedib çıxırıq. Ümumiyyətlə, təəssüf ki, bu tipli məsələlərdə gündəmi ermənilər müəyyən edir, bizi də o yönə sürükləyirlər.

Düzdür, Şərqdə qədimlik, yaşlılıq həyat təcrübəsi sayılır. Ağsaqqallar müdriklik simvoludur, qədimlik də dərin mədəniyyət, mistika kimi qəbul edilir. Təbii ki, bu heç də elə deyil. Hər ağsaqqala da müdrik demək doğru deyil.

Tutaq ki, başqalarına sübut etdik ki, biz qədim xalqıq onda nə olacaq? Deyəcəklər ki, halal olsun, bunlar qədim xalq imiş, ermənilərə də deyin çıxsınlar ordan? Qədimlik ən yaxşı halda turistlər üçün marağı artırır. Onlar da onsuzda gəlib zərdüştlüyü, ornamentləri, qavalı filan görüb başa düşəcəklər ki, qədimi yerdədirlər.

Qədimlik məsələsinin münaqişələrdə nəyisə həll etməsi isə mümkün deyil. Münaqişəni qədim olan yox, güclü olan, yaxşı inkişaf edən tərəf udur. Belə bir mübahisə İsrail-Fələstin arasında da var. Bir sıra dövlətlər tərəfindən İsrailin daha çox dəstəklənməsinin, İsrailin getdikcə genişlənməsinin səbəbi güclü olmasıdır, yəhudilərin və ya fələstinlilərin daha əvvəl orada yaşayıb yaşamaması deyil.

Məsələn, nubiyalılar dünyanın ən qədim xalqlarından biridir, hazırda əcdadlarının tikdikləri tarixi abidələrin qabağında turistlərə peraşki satırlar. Belə qədimlikdənsə, ABŞ, Kanada kimi yeni, inkişaf etmiş və güclü ölkə olaraq tanınmaq daha yaxşıdır. Ən birinci güclü olmaq lazımdır, digər hər şey ikinci dərəcəlidir.

Mən bu həyatda heç vaxt güclünün haqqının tapdalandığını görməmişəm. Ancaq, insanlıq tarixi haqlının haqqının əlindən alındığı minlərlə örnəklərlə doludur.