Get Mystery Box with random crypto!

Ronald Reagan Fondunun dəstəyi ilə ABŞ-da keçirilmiş sorğu ict | Şərqə Baxış

Ronald Reagan Fondunun dəstəyi ilə ABŞ-da keçirilmiş sorğu ictimai rəyin də Çinlə soyuq müharibəyə hazırlaşdırıldığını göstərir. Belə ki, 2018-ci ildə hər 5 nəfərdən biri Çini təhlükə hesab edirdisə, noyabr ayında keçirilmiş son sorğuda hər 2 nəfərdən biri Çini əsas təhlükə hesab edir.

Yəqin ki, Çinə qarşı sentimentlərin pisləşməsində başlıca rolu koronavirus oynayıb. Ancaq, eyni zamanda bir müddətdir ki, Amerikan düşüncə mərkəzlərinin bir çoxunda Çinlə bağlı yazılar və analizlər ilk sıradadır.

“Xarici düşmən” obrazının ictimai rəydə daha da gücləndirilməsi dövlətlərə bu rəqibə qarşı daha çox manevr imkanı verir. Sovet İttifaqı ilə soyuq müharibə zamanı “kommunizm”, Yaxın Şərqdəki hərbi kampaniya zamanı isə “radikal İslam” ictimai rəydə düşmən obrazı kimi yerləşdirilmişdi, bu da Birləşmiş
Ştatlara daha geniş siyasi və hərbi imkanlar vermişdi.

Eyni zamanda, xarici düşmən təhlükəsi parçalanmış daxili publikanın yenidən konsolidasiyası və daxili problemlərin arxaplana atılması üçün xeyli funksionaldır.

Beləliklə də, Çin Qərb ictimaiyyəti üçün yeni dövrün baş düşməninə çevrilir…

@serqebaxis