Get Mystery Box with random crypto!

Talibanla Əfqanıstanda hakimiyyətə gələn Cənubi Asiyanın funda | Şərqə Baxış

Talibanla Əfqanıstanda hakimiyyətə gələn Cənubi Asiyanın fundamentalist İslami hərəkatı deobəndilik və Yaxın Şərqdəki sələfilik arasında ciddi tarixi əlaqələr mövcuddur.

Maraqlıdır ki, Deobəndi mədrəsəsinin qurucularının təsirləndiyi ideoloq Şah Vəliullah Delhavi və Ərəb Yarımadasında sələfiliyin önəmli ideoloqlarından olan Məhəmməd Əbdül Vəhhab Mədinə şəhərində eyni vaxtda, eyni müəllimlərdən təhsil alıblar. Hər iki ideoloqda “ibn Teymiyyə” əsərlərinin izləri var.

Vəhhabilik və Deobəndilik öz regionlarında İslamın ən fundamentalist qolunu təmsil edir. İkili arasında doktrinal olaraq xeyli bənzərliklər olsa da, siyasi və tarixi perspektivdə bir sıra fərqliliklər də var.

Vəhhabilik əl-Səud sülaləsi ilə siyasi-dini ittifaq quraraq Ərəb yarımadasında hakimiyyət qazansa da, Deobəndilik XIX və XX əsrlərdə Britaniya Hindistanında anti-müstəmləkəçi mübarizənin bir parçası olmuşdu.

Deobəndilik Pakistanın həm quruluşunda, həm də siyasi həyatında önəmli rol oynuyub. Deobəndilər Pakistan dövlət quruluşunun sekulyarlığını dəyişərək, ölkə qanunlarına dini çalarlar qata bilmişdilər. Ancaq, eyni zamanda bir çox deobəndilər Pakistan dövləti üçün xeyli problemlər də yaradıb.

Ötən əsrin 70-ci illərindən etibarən həm deobəndilik, həm də sələfilik axımlarının silahlı formalarının ön plana çıxdığını görürük. Silahlı qrupları daha əhəmiyyətli hala gətirən əsas siyasi proses şübhəsiz ki, Sovet İttifaqının Əfqanıstanı işğal etməsi idi.

Maraqlı məqam, Sovet-Əfqan müharibəsi illərində əfqan cihadının təşkilatçılığı işlərində yer alan və silahlı deobəndiliyi yaxından tanıyan Pakistan ordusu və kəşfiyyatının həm Əfqanıstanda, həm də Kaşmir zonasında silahlı deobəndilikdən öz maraqları yönündə istifadə edə biləcəyini anlamasıdır (silahlı deobəndiliyin ən önəmli təmsilçisi olan Talibanla Pakistan təhlükəsizlik qurumları arasındakı münasibət bu çərçivədə başa düşülə bilər).

Talibanla yenidən hakimiyyətə gələrək dini dövlət quran 155 illik deobəndi hərəkatı həm Pakistan, həm də ortaya çıxdığı Hindistanda sosial dayaqlarını xeyli gücləndirib.

(mənbə: newlinesmag, Kamran Buxari)

@serqebaxis