Get Mystery Box with random crypto!

Dünən ABŞ prezidenti Co Baydenin Ukrayna rəhbərliyinə Şərqi Uk | Şərqə Baxış

Dünən ABŞ prezidenti Co Baydenin Ukrayna rəhbərliyinə Şərqi Ukraynada muxtariyyət məsələsində ruslara güzəştə getmək üçün təzyiq etdiyi barədə xəbər yayılmışdı. Ağ Evin mətbuat xidməti də həmin xəbəri qəti şəkildə təkzib etmişdi.

Xəbərlər doğrudursa və ABŞ-ın Rusiyaya hərbi yolla cavab verməyəcəyini biliriksə, Baydenin böhranın həlli ilə bağlı variantlar arasından özləri üçün ən məqbul və “başağrıtmayan”ını seçdiyini deyə bilərik. ABŞ hazırlıqlı olmadığı müharibəni istəmir və diqqətinin Şərqi Asiyaya yönəldiyi bir vaxtda Şərqi Avropaya enerji xərcləmək fikrində deyil. Müharibənin qarşısını almaq üçün ya Ukrayna ya da Rusiyaya təzyiq edilməlidir ki, Vaşinqton bu məsələdə də ən asan variant olan Kiyevi seçib.

Eyni zamanda, belə görünür ki, Bayden Putinin Ukrayna oyununda müharibə şantajı ilə hər dəfə daha çox irəli getməsini və hər diplomatik görüşdə Vaşinqtonu daha çox güzəştə məcbur etməsini istəmir. Bu görüşlər Baydenin reputasiyasına zərbə vurur və Putin qarşısında zəif görünməsinə səbəb olur.

Mənim fikrimcə, istər Ukrayna, istərsə də başqa post-Sovet ölkələrinin ərazi bütövlüyü Vaşinqton üçün önəmli deyil. Məncə bu normaldır. ABŞ NATO genişləməsi yolu ilə öz tərəfdaşlarının sayını artırmaq siyasəti yürütsə də, bu genişləməni ən az maliyyətli və ən az enerji sərfiyyatı ilə etməyə üstünlük verir. NATO-ya qoşulmaq istəyən hər post-Sovet ölkəsinə görə Birləşmiş Ştatların Rusiyaya qarşı cəbhəyə qoşun yeritməsi, qırmızı xətt çəkməsi gözlənilən deyil. Hesab edirəm ki, hazırkı reallıqda Vaşinqton üçün Ukraynanın bütöv və ya ərazilərinin bir hissəsini Rusiyaya vermiş formada Qərbə istiqamətlənməsi arasında elə bir fərq yoxdur.

@serqebaxis