Get Mystery Box with random crypto!

Müxtəlif hesablamalara görə, sabiq Tunis diktatoru Bin Ali 23 | Şərqə Baxış

Müxtəlif hesablamalara görə, sabiq Tunis diktatoru Bin Ali 23 illik hakimiyyəti boyunca ölkəsindən azı 13 milyard $ talan edib. Bin Alinin "sərvət"inə 550 daşınmaz əmlak, 48 lüks yaxta, yüzlərlə lüks maşın, 40 səhm portfoliosu, 367 bank hesabı və təxminən 400 biznes təşəbbüsü daxildir.

Hazırda iqtisadi cəhətdən çətin günlər yaşayan Tunis dövləti Bin Ali və ailəsi tərəfindən talan edilərək, ölkə xaricinə çıxarılan vəsaitin geri qaytarılmasına çalışsalar da, ciddi nəticələr əldə oluna bilmir. Avropa dövlətləri, xüsusilə İsveçrə və Fransa Bin Alinin tayfası tərəfindən oğurlanmış vəsaitin Tunisə qaytarılması barədə çox da həvəsli deyil və bu dövlətlər hüquqi boşluqları əsas gətirərək, pulun qaytarılmasına əngəl yaradırlar. Bin Alinin talan etdiyi vəsaitin əsas hissəsi isə ailəsinin yaşadığı Səudiyyə Ərəbistanındadır. Səudiyyə rəhbərliyi isə oğurlanmış vəsaitin qaytarılması barədə Tunisin çağırışlarına diqqət yetirmir.

Bin Alinin 2011-ci ildə devrilməsindən bu yana 10 ildən artıq müddət keçsə də, Tunis dövləti talan edilmiş sərvətdən cəmi 788 milyon $-ı bərpa edə bilib.

Mənbə: Newlinesmag