Get Mystery Box with random crypto!

Hazırda oxuduğum çox yaxşı bir kitabdan maraqlı bir məqamı diq | Şərqə Baxış

Hazırda oxuduğum çox yaxşı bir kitabdan maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Müəllif Henry Munsondur.

Müəllifə görə, digər dinlərdən fərqli olaraq, İslam dini özünün ən şan-şöhrətli, zəfərli dövrünü ortaya çıxdığı ilk illərində yaşayıb. Xüsusilə, ilk “İslam Dövləti” kimi adlandırılan və Hz. Məhəmmədin şəxsən dövlət idarə etdiyi dövr (622-632) barədə müsəlman dünyasında çox ciddi həsrət və həsəd mövcuddur. Həmin dövr ədalət və bərabərliyin ən yüksək səviyyədə olduğu İslami sistem kimi qəbul edilir. Peyğəmbər sonrası xəlifələr dövrü barədə isə hər əqidə məktəbinin fərqli dəyərləndirmələri olsa da, ümumilikdə həmin dövrlər də İslam dünyasında “şanlı dövr” kimi qəbul olunur. (İslamdan fərqli olaraq, xristianlıq və musəvilikdə peyğəmbərlik dövrü əzab, əziyyət və sürgünlərlə yadda qalıb.)

Fikrimcə, müəllif çox doğru qeyd edir. Keçmişə olan bu həsəd və həsrət İslami nəzəriyyələrdə hər zaman həmin dövrün əsas referans kimi göstərilməsinə səbəb olur. İstər sünnilik, istərsə də şiəlikdə bu belədir. Əslində bu məqam da yeni təmayüllərin “biz kafirlərdən ona görə geri qalırıq ki, ilk dövrlərdəki saf İslamdan uzaqlaşmışıq. Saf İslam dövründə biz daha üstün idik.” fikri əsasında formalaşmasına və həmin dövrdəki ruhaniliyə qayıtmaqla bağlı çağırışlara yol açıb.