Get Mystery Box with random crypto!

Fikrimcə, “o qədər müsəlman dövləti bir ovuc İsrailə bir şey e | Şərqə Baxış

Fikrimcə, “o qədər müsəlman dövləti bir ovuc İsrailə bir şey edə bilmir” yanaşması doğru deyil. Birincisi, əsas böyüklük deyil, funksionallıqdır. İsrailin xüsusilə müdafiə sənayesi sahəsindəki elmi-texnoloji nailiyyətləri hamımıza bəllidir, bu cəhətdən İsrail müsəlman ölkələrindən dəfələrlə irəlidədir. İkincisi, ABŞ-ın İsrailə demək olar ki, qeyd-şərtsiz dəstəyi də gözardı edilməməlidir. Dəstəyin səbəbləri də məlumdur: İsrailyönümlü lobbilərin ABŞ siyasi mexanizminə böyük təsir imkanlarının olması.

Milyardlıq hərbi yardımlar filan bunları keçirəm. Təkcə bu faktı qeyd edim ki, ABŞ-ın Yaxın Şərqdə hansı ölkəyə, hansı silahı satıb-sata bilməyəcəyi ilə bağlı İsrailin qeyri-rəsmi veto haqqı var. Hətta bu veto haqqını yaxın vaxtlarda rəsmiləşdirəcəkdilər, Konqressə bu barədə layihə də gəlmişdi. Hər iki partiya da bu layihəni dəstəkləyirdi. Səbəb isə İsrailin təhlükəsizliyidir: Ətraf ölkələr İsraildən daha təkmil silahlar əldə etməsin. Başqa iki ölkə arasında belə qəribə bir münasibət varmı bilmirəm. ABŞ-ın kimə, hansı silahı satıb satmayacağına başqa bir ölkə de-fakto qərar verir?!

Qəribədir...