Get Mystery Box with random crypto!

Suriya, Yəmən, İraq, Livan, Fələstin, İsrail.. “Sivilizasiyan | Şərqə Baxış

Suriya, Yəmən, İraq, Livan, Fələstin, İsrail..

“Sivilizasiyanın beşiyi” adlandırılan Yaxın Şərqdə silahlar susmur, axan qan durmaq bilmir.

Sizcə Yaxın Şərqdə münaqişələrin bitməməsinin səbəbi nədir?

Yəqin ki, xarici müdaxilələr, enerji resurslarının bolluğu, təhsil və yaşayış səviyyəsinin aşağı olması kimi cavablar üstünlük təşkil edəcək.

Məncə, bunlar çox ciddi faktorlar olmaqla yanaşı, daha çox ikinci dərəcəli səbəblərdir. Xarici müdaxilələr, enerji resursları məsələsi daxili dinamikalardan daha qabaqcıl ola bilməz. Eləcə də, elmi, təhsili yüksək olan cəmiyyətlərdə də müharibələr müşahidə olunub. Ötən əsrin ilk yarısındakı Avropanı örnəyi vermək olar.

Fikrimcə, əsas səbəb məmnuniyyətsizlikdir. Bəlkə də ölkə xəritələrinin bir çoxu suni yaradılıb, daxili dinamikalar nəzərə alınmayıb ona görədir. Etnik-dini qrupların hamısı narazıdır. Ərəblər, türklər, farslar, kürdlər, şiələr, sünnilər, xristianlar, musəvilər heç biri hazırkı xəritə bölgüsündən məmnun deyil. Etnik cəhətdən bölgü aparılanda dini gərginlik, dini cəhətdən bölgü aparılanda etnik gərginlik ortaya çıxır.

Demək olar ki, yarım əsrə yaxındır ki, bütün Yaxın Şərq ölkələrində millətçilər dini hərəkatlara, dini hərəkatlar da millətçilərə nifrət edir. Bütün qruplar narazıdır.