Get Mystery Box with random crypto!

ABŞ prezidenti Co Baydenin İsrail-Fələstin arasındakı gərginli | Şərqə Baxış

ABŞ prezidenti Co Baydenin İsrail-Fələstin arasındakı gərginliklə bağlı hələ də səssizliyini qoruması həqiqətən qəribədir. Düzdür, ABŞ siyasi rəhbərliyi İsrail lehinə mövqe ortaya qoysa da, bu əsasən diplomatik sözlərlə olur. Demokratların konqressmenləri arasında Fələstin lehinə mövqe qoyanlar da az deyil. Ancaq, Bayden hələ ki, susur.

Bayden yəqin ki, Tramp tərəfindən konfiqurasiya edilən Yaxın Şərqin alovlar içində qalmasından məmnundur. Bundan sonra, demokratlar region sülhü üçün öz siyasi kurslarının labüd olduğunu göstərərək, öz addımlarını legitimləşdirmək istəyəcək.

Ancaq, eyni zamanda bir maraqlı məqam da diqqətimi çəkir. Yadınızdadırsa, ABŞ müdafiə naziri Lloyd Austinin İsrailə son səfəri zamanı, yəni 11 apreldə İranın Natanz nüvə stansiyasına İsrail tərəfindən böyük kiberhücum edilmişdi. İsrail rəhbərliyi İranla bağlı müzakirələrə gələn ABŞ müdafiə nazirinə “sizin nə dediyinizdən asılı olmayaraq, bizim öz prioritetlərimiz var” mesajını vermişdi. Müdafiə nazirinə qarşı edilən bu hərəkət ABŞ elitasında “aşağılama” kimi qəbul edilmişdi. Bu barədə post paylaşıb, müzakirə də etmişdik.

Biraz iddialı kimi görsənsə də, sanki, Baydenin susqunluğunda bu məsələnin də öz payı var. Sanki, İsrail rəhbərliyinə “sərhədi keçməyin, görürsünüz bizsiz işiniz çox çətindir” mesajı verilir. Yenə də, bu, sadəcə bir iddiadır.