Get Mystery Box with random crypto!

Bu şəkli İsrailli jurnalist Barak Ravid paylaşıb. (şəklin müəl | Şərqə Baxış

Bu şəkli İsrailli jurnalist Barak Ravid paylaşıb. (şəklin müəllifi Reuven Castrodu)

İnsanlığını itirmiş bir qrup yəhudi gənc yerdə huşunu itirmiş ərəbi döyməyə davam edir. İnsanların digər etnik-dini kimliyə qarşı nifrətini kütlələr halında fərdlərdən çıxması çox dəhşətvericidir.

İngilis filosof Hobbes həqiqətən haqlıdır. Hobbes insanın təbiət halının “vəhşi” olduğunu iddia edir. Təbii halda “insan insanın qurdudur”. Təbii hal savaş meydanıdır. Ona görə də, təhlükəsizliyimizi təmin etmək üçün cəmiyyət halına keçmişik və təhlükəsizlik təminatını suveren bir gücə, yəni dövlətə həvalə etmişik. Dövlət də vətəndaşlarını öz aralarında təbii haldakı döyüş vəziyyətindən çəkindirdiyi müddətcə davamlılığını qoruya bilir.

Ona görə də, kütlələr arasında küçə döyüşləri bir dövlətin başına gələ biləcək ən təhlükəli şeydir. Dövlətin dayaqlarını çox ciddi təhdid edir. Ancaq, bundan daha diksindirici olan məqam isə iqtidardakı gücün bir kütlənin digər kütləni əzməsinə bilərəkdən göz yummasıdır.