Get Mystery Box with random crypto!

Fikrimcə, İsrail-Fələstin arasında münaqişənin bu dərəcəyə çat | Şərqə Baxış

Fikrimcə, İsrail-Fələstin arasında münaqişənin bu dərəcəyə çatmasının altında illərdir toplanmış çox ciddi sosial narazılıq və məmnuniyyətsizlik yatır. Donald Tramp dövründə ABŞ-ın İsrail-Fələstin münaqişəsində İsrail lehinə tamamilə təktərəfli siyasi xətt tutması və regionun müsəlman ölkələrinin bu xəttə dəstək verməsi, Qüdsün İsrail paytaxtı kimi tanınması, İsrail-Ərəb münasibətlərində yeni səhifə açan “İbrahim sazişi”ndə fələstinlilərin istəklərinin nəzərə alınmaması Fələstin daxilindəki etirazları “partlama” vəziyyətinə gətirmişdi.

Təbii ki, BƏƏ, Bəhreyn, Mərakeş kimi saray rejimlərini Ərəb dünyasının təmsilçisi kimi qələmə verərək, siyasi maraqlar üçün yaradılmış əməkdaşlıqları sivilizasiyalararası psevdo-sülh prosesi təqdim etməklə mövcud reallıqların üzərini örtmək mümkün deyildi.

Fələstinlilərin bütün gücləri ilə müqavimət göstərməsinin səbəblərindən biri də “biz hələ də varıq” mesajını çatdırmaqdır.

Məncə, fələstinlilər çox ağır bədəllər ödəsə də, çox güclü bir mesaj da verməyi bacardı: Artıq, Fələstin məsələsi gözardı edilməklə Ərəb-İsrail normallaşmasından danışmaq mümkün deyil.