Get Mystery Box with random crypto!

“Mən sionistəm. Sionist olmaq üçün yəhudi olmağa ehtiyac yoxdu | Şərqə Baxış

“Mən sionistəm. Sionist olmaq üçün yəhudi olmağa ehtiyac yoxdur”.

Bu sözləri ABŞ prezidenti Co Bayden 2007-ci ildə İsrail telekanalına bir müsahibəsində demişdi. Həmin dövrdə senator olan Bayden, 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Məlum olduğu kimi ABŞ-da seçkilərdə iştirak etmək istəyən namizədlər İsrailyönümlü lobbilərdən maliyyə və siyasi dəstək almaq üçün “İsraili ən çox sevən mənəm” səpkili açıqlamalar verirlər. Təbii ki, siyasətçinin ağı-qarası olmur, siyasətçi hər yerdə eynidir, bir çoxu üçün iqtidara gedən bütün yollar “caiz”dir. Ona görə də, belə şeylər başa düşüləndir.

Sionizm yəhudilərin vəd edilən torpaqlarda etnik və dini əsaslı Yəhudi dövləti qurmasını təbliğ edən axındır. Yəni, həm etnik, həm də dini hərəkatdır. Etnik və dini cəhətdən yəhudi olmayan birinin “baxın, mən də sionistəm” deməsini başa düşmək olmur. Hələ, bir dövlətin başçılığına iddialı birinin başqa dövlətə aid dini-millətçi bir hərəkatın üzvü kimi görünmək istəməsi həqiqətən lap əcaib görünür.

Sionizmi texniki cəhətdən dünyadakı digər hərəkatlarla müqayisə etmək olar. Məsələn, Türkiyədəki ülkücülük, Hindistandakı hindutva. Ülkücülük, türk millətçiliyi ile İslam dininin sintezidir. Yəni, ülkücü hərəkat da etnik-dini çalarlı hərəkatdır.

Təsəvvür edin, Almaniya kansleri Angela Merkel çıxıb deyir ki, “düzü türk deyiləm, amma mən də ülkücüyəm”. Məncə, Baydenin də özünü sionist göstərməyə çalışması ən az bunun qədər əcaib görünür.

Ümumilikdə, həm vitse-prezidentlik dövrü, həm də prezidentliyinin ilk ilinə nəzər yetirdikdə Baydenin sionistlərə və İsrailin sağcı siyasətinə qarşı səmimi olduğunu iddia etmək çətindir.