Get Mystery Box with random crypto!

Maraqlı fotodur (müəllif Fyodor Sapir). - Solda Qəzza zolağın | Şərqə Baxış

Maraqlı fotodur (müəllif Fyodor Sapir).

- Solda Qəzza zolağından atılan raketlər

- Sağda “Dəmir qübbə” havadan müdafiə sisteminin Tamir raket əlehinə raketləri

Məlumata görə, Qəzza zolağından atılan raketlərin biri ortalama 1000 dollara başa gəlirsə, “Dəmir qübbə”də istifadə olunan Tamir raketinin birinin qiymətinin 40 min dollardan 100 min dollara qədər olduğu iddia olunur.

Ötən həftə ərzində Qəzza zolağından 3 minə yaxın raket atılıb. Eyni sayda da anti-raket atıldığını qəbul etsək (reallıqda daha çox atılmalıdır), bu qədər raketin qarşısını kəsmək üçün 120 milyon dollardan 300 milyon dollara qədər qiymətdə Tamirə ehtiyac var.

Tamirlər çox bahalı olduğuna görə, sadəcə yaşayış məntəqələrinə doğru atılan raketlərə qarşı istifadə olunur. Ona görə də, çox bahalı olması “Dəmir qübbə”nin ən zəif nöqtəsi hesab olunur.