Get Mystery Box with random crypto!

Dünən Sinan adlı biri twitterdə yazmışdı ki, “Misir prezidenti | Şərqə Baxış

Dünən Sinan adlı biri twitterdə yazmışdı ki, “Misir prezidenti Sisinin son dövrlərdə Fələstinlə bağlı narahat olmasına, aktivlik filan göstərməsinə aldanmayın. Misirin son illərdə Qərbdən kütləvi surətdə silah almasının səbəbi İsrailin Sisiyə olan tam güvənidir. Yoxsa, yəhudi lobbisi imkan verməzdi. Sisi İsrailə tam sərf edən adamdır, o, Fələstinə görə yox, sadəcə Qəzzadan ölkəsinə kütləvi miqrant axını ola biləcəyindən narahatdır.”

Yaxşı fikirlərdir. Biraz genişləndirmək istərdim. Fikrimcə, Sisinin aktivlik göstərməsinin əsas səbəbi budur ki, Fələstində gərginlik uzandıqca, Misirdə həm millətçi, həm də İslami kəsimlər ciddi şəkildə narazı olmağa başlayacaqlar və hökumətdən hərəkət etməyi tələb edəcəklər. Ona görə də Sisi Qəzzada gərginliyin tezliklə azaldılmasına çalışır, atəşkəs üçün təşəbbüslər edir.

Silah məsələsinə gəldikdə isə bilirik ki, həm İsrail, həm də Fələstinlə sərhədi olan Misir son illərdə ən sürətlə silahlandırılan region ölkəsidir. Sisi bu gün kimə salam verirsə, sabah ondan silah alır. Özü də Misir İsrailin ən böyük dəstəkçisi Tramp dövründə Qərbdən xeyli silah alıb. Yəni, İsrail Sisiyə güvənməsə, həqiqətən də bunun qarşısını rahatlıqla ala bilərdi.

Mən burada daha bir perspektivə diqqət çəkmək istəyirəm. Tarixdə o qədər örnək var ki, böyük güclərin dəstəyi ilə hakimiyyətə gətirilən şəxs kreslosunu gücləndirdikdən mövqeyini dəyişib. (məsələn, Səddam Hüseyn).

Məncə, İsrail və Qərbin Sisiyə göz yummasının bir səbəbi də Sisidə belə bir potensial görməməkləridir. Ərəb millətçiliyinə oynayan Sisinin özünü ən çox bənzətməyə çalışdığı xarizmatik lider Camal Nasir dövründə Misir-İsrail arasında iki dəfə müharibə olmuşdu. Əsasən Körfəz monarxlarının yönləndirməsiylə hərəkət edən Sisinin onun üçün müəyyən edilmiş çərçivədən çıxa biləcəyi barədə isə Qərbdə narahatlıq yoxdur.

Ancaq, adətən “üsyankar” elə gözlənilməz adamlardan çıxır. Məhəmməd Mursinin 2012-ci ildə Sisini öz adamı və ambissiyasız biri sanıb müdafiə naziri təyin eləməsini və cəmi bir il sonra elə Sisi tərəfindən hərbi çevrilişlə devrilməsini xatırlayaq.