Get Mystery Box with random crypto!

Israilli jurnalistlərin iddiasına görə, İsrail silahlı qüvvələ | Şərqə Baxış

Israilli jurnalistlərin iddiasına görə, İsrail silahlı qüvvələrinin hərbi əməliyyatları tezliklə yekunlaşa bilər. Jurnalistlər öz iddialarını dünəndən etibarən ölkənin hərbi-siyasi rəhbərliyinin münaqişə ilə bağlı sərt ritorikasının dəyişməsi ilə əlaqələndirirlər. Bəzi ekspertlər bu istiqamətdə müxtəlif versiyalar da səsləndirir:

1) ABŞ prezidenti Co Baydenin baş nazir Netanyahunu fələstinli qaçqınlar düşərgəsinin bombalanmasına və mətbuat orqanlarının yerləşdiyi binanın dağıldılmasına görə sıxışdırdığı və Netanyahudan əməliyyatları sonladırmağı istədiyi iddia edilir.

2) Münaqişə uzandıqca regionun ərəb dövlətləri öz daxili ictimaiyyətlərində Fələstinə dəstək tələb edən narazı kütlələrin ortaya çıxa biləcəyi ehtimalından ehtiyatlanır. Bu səbəbdən, xüsusilə Qətər və Misir prosesin regional münaqişəyə çevrilə biləcəyi iddiası ilə İsraili sıxışdırmağa və atəşkəsə razı salmağa çalışır.

3) Bəzi ekspertlər isə Netanyahunun əldə etmək istədiyinə nail olduğunu, bu səbəbdən münaqişənin uzadılmasına ehtiyac olmadığını bildirirlər. Belə ki, yəhudi və ərəblər arasında baş verən son etnik-dini qarşıdurmalardan sonra Netanyahunun iqtidarda qalmasını təhdid edən yəhudi-ərəb partiyaların koalisiya qura bilmə ehtimalı sıfıra enib. Etnik-dini düşmənçiliyin artması səbəbilə, növbəti seçkilərdə Netanyahunun da mənsubu olduğu sionist sağ cəbhəyə ictimai dəstəyin də yüksək olması gözlənilir. Buna görə də, Netanyahunun əməliyyatların daha da uzadılmasında maraqlı olmadığı bildirilir.