Get Mystery Box with random crypto!

Bu gün bir qəribə məlumatla qarşılaşdım (Fidato/twitter). Məsə | Şərqə Baxış

Bu gün bir qəribə məlumatla qarşılaşdım (Fidato/twitter). Məsələni biraz araşdırdım, daha qəribə detallar oxudum. Həmin hərəkəti hansı sözlərlə ifadə etməli olduğumu bilmədim. Ərəb dünyasının vəziyyəti həqiqətən də acınacaqlıdır.

Deməli, Mərakeş kralı II Həsən Ərəb Liqasının 13 sentyabr 1965-ci ildə Mərakeşdə keçirilən toplantısının səsyazısını İsrail kəşfiyyatı Mossada ötürür. Həmin görüşdə ərəb liderlər öz aralarında İsraillə müharibə planlarından danışırmış. Bu əməliyyatı ilk dəfə İsrail hərbi kəşfiyyatının keçmiş şefi Şlomo Gazit 2018-ci ildə açıqlayıb.

Mərakeşin ötürdüyü məlumatlar nəticəsində, İsrail müharibə planından əvvəlcədən xəbər tutduğu üçün 1967-ci ilin iyununda baş vermiş “Altı Günlük Müharibə”yə xeyli hazırlıqlı olur, hətta, müharibənin ilk dəqiqələrində Misir hava bazalarına qabaqlayıcı zərbələr də endirir. İsrail o qədər uğurlu olur ki, cəmi 6 günə Misirdən Sinay yarımadasını və Qəzza zolağını, Suriyadan Qolan təpələrini, İordaniyadan isə Şərqi Qüds və İordan çayının qərb sahillərini ələ keçirir.

Ronen Bergman adlı İsrailli yazar da iddia edir ki, Mərakeş kralı II Həsən həmin səsyazısının qarşılığında İsraildən dünyaca tanınmış mərakeşli müxalif siyasətçi Mehdi Ben Barkanın Parisdə öldürülməsinə kömək edilməsini istəyib və Barka, 1965-ci ilin 29 oktyabrında Parisdən yoxa çıxır.

Mehdi Ben Barkanın aqibətindən 56 ildir ki, xəbər yoxdur....