Get Mystery Box with random crypto!

Peker-Soylu davasının əsas nəticələrdən biri də o ola bilər ki | Şərqə Baxış

Peker-Soylu davasının əsas nəticələrdən biri də o ola bilər ki, iqtidardakı AKP-MHP koalisiyası, yəni Cumhur İttifaqı dağıla bilər. Ümumiyyətlə, Ərdoğanın bu skandallardan sonra Mehmet Ağar və Soylunun birbaşa əlaqəli olan MHP-ə gözyumması real deyil. Bu gözyumma AKP daxilində çox ciddi parçalanma yara bilər.

Əksinə, ABŞ-da demokratların hakimiyyətdə olduğunu nəzərə aldıqda, Ərdoğana həm Qərbdə, həm də Körfəzdəki köhnə dostlarla münasibətlərini bərpa etmək üçün ultra-sağcı ittifaqdan qurtulmaq və daha liberal imic qazanmaq lazım olduğunu düşünürəm.

Ona görə də, bəlkə də Ərdoğan qapıdakı bu krizi fürsətə çevirə bilər. İYİ Partiya zəifləyən MHP-ni əvəzləmək üçün ən real namizəd kimi görünür. Digər namizədlər Memleket Partiyası, Deva, Saədət Partiyaları ola bilər.