Get Mystery Box with random crypto!

İran Qəyyumlar Şurası gələn ay keçiriləcək prezident seçkiləri | Şərqə Baxış

İran Qəyyumlar Şurası gələn ay keçiriləcək prezident seçkiləri üçün 600 müraciətdən sadəcə 7 şəxsin namizədliyini təsdiq edib.

Təsdiq olunanlar arasında reformist və sentrist siyasət izləmə vədi verən Laricani və Cahangirinin adları yoxdur. Bu da reformist cəbhə üçün çox ağır zərbə hesab oluna bilər. Təsdiq edilən əsas reformist namizəd milliyətcə azərbaycanlı olan Möhsün Mehralizadədir. Onun da şansları yüksək deyil.

Digər tərəfdən, sabiq prezident Mahmud Əhmədinecadın namizədliyi də təsdiq olunmayıb.

Ümumilikdə siyahının tamamilə mühafizəkarların xeyrinə olduğunu deyə bilərik. Seçkilərin əsas favoriti isə heç şübhəsiz ki, ultra-mühafizəkar İbrahim Rəisidir.

Ali lider Xameneinin son siyahıya müdaxilə edib-etməyəcəyi maraq doğurur. Sonuncu dəfə 2005-ci ildə Xameneinin müdaxiləsindən sonra namizədlər siyahısına dəyişiklik edilmişdi.

Əgər, reformistlərdən ciddi namizəd olmasa, ümumi seçici fəallığı böyük ehtimal ki, aşağı olacaq. Reformist seçicilər öz namizədlərinin olmamasına görə, digərləri isə nəticələrin onsuzda mühafizəkarların xeyrinə olacağını düşünəcəkləri üçün səsverməyə maraq göstərməyəcəklər.